"Fəaliyyət
növlərinin xüsusiyyətindən asılı olaraq
xüsusi razılıq (lisenziya) verilməsi üçün
tələb olunan əlavə şərtlər barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr
tarixli 174 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 34 Bakı
şəhəri, 28 fevral 2013-cü il
"Bəzi
fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
2 sentyabr tarixli 782 nömrəli fərmanına əsasən və
qiymətli kağızlar bazarında peşəkar
iştirakçıların, habelə bütün növ qiymətli
kağız blanklarının hazırlanması və
satışı üzrə fəaliyyətin
lisenziyalaşdırılması üzrə şərtlərin
təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, № 11, maddə 676; 2004, № 2, maddə 115;
2005, № 9, maddə 860, № 12, maddə 1234; 2006, № 2, maddələr
204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007, № 8, maddələr
849, 857, № 10, maddə 1025; 2008, № 1, maddə 37, № 10, maddə
928, № 12, maddələr 1110, 1114; 2009, № 1, maddələr 22, 32,
№ 2, maddə 156,
№ 4,
maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754, № 12,
maddə 1078; 2010, № 3, maddə 264; 2011, №1, maddə 63; 2012, № 9,
maddə 931) ilə təsdiq edilmiş "Fəaliyyət
növlərinin xüsusiyyətindən asılı olaraq
xüsusi razılıq (lisenziya) verilməsi üçün
tələb olunan əlavə şərtlər"də
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
17-ci hissə çıxarılsın;
1.2.
19-cu hissə aşağıdakı redaksiyada verilsin:
"19.
Qiymətli kağızlar bazarının peşəkar
iştirakçılarının fəaliyyətinə
(broker, diler, fond birjası, qarşılıqlı öhdəliklərin
müəyyən edilməsi (klirinq), depozitar, qiymətli
kağız sahiblərinin reyestrinin aparılması, qiymətli
kağızlar bazarında ticarətin təşkili) xüsusi
razılıq (lisenziya) verilməsi üçün tələb
olunan əlavə şərtlər:
19.1.
sonuncu hesabat tarixi üçün tərtib olunmuş maliyyə
hesabatları (yeni yaranmış hüquqi şəxslər
istisna olmaqla);
19.2.
ərizəçinin və onun bütün filiallarında
müvafiq peşəkar fəaliyyəti həyata keçirmək
hüququ olan ən azı üç əməkdaşın
ixtisas şəhadətnamələrinin surətləri;
19.3.
istifadə ediləcək ofis sahəsində, müvafiq
peşəkar fəaliyyətin həyata keçirilməsinə
imkan verən kompyuter və telekommunikasiya sistemləri, elektron
mühasibat proqramları haqqında məlumat;
19.4.
hüquqi şəxsin, onun filialının təsis sənədlərinin
(nizamnamə və əsasnamə), habelə kommersiya hüquqi
şəxslərin Dövlət Reyestrindən
çıxarışının notarial qaydada təsdiq
edilmiş surətləri;
19.5.
ərizəçinin nizamnamə kapitalının 10 (on) və
ya daha çox faizini təşkil edən paya birbaşa və
ya dolayı yolla sahib olan şəxslər haqqında məlumat;
19.6.
iştirakçılar (səhmdarlar) xarici fiziki şəxs
olduqda, onun rezidenti olduğu ölkənin ən azı 2 (iki)
maliyyə təşkilatının müsbət tövsiyələri
(bu şəxslə nə vaxtdan işgüzar münasibət
yaratdığını, ödəmə qabiliyyətli
müştəri olmasını və ya maliyyə vəziyyətini
xarakterizə edə bilən digər müsbət göstəriciləri
əks etdirə bilər) və (və ya) bank hesablarından
çıxarışlar;
19.7.
ərizəçinin digər hüquqi şəxslərin
nizamnamə kapitalında 20 (iyirmi) və ya daha çox faizi təşkil
edən paya birbaşa və ya dolayı yolla sahibliyi
haqqında məlumat, eləcə də ərizəçinin
təsisçilərinin (iştirakçılarının)
digər şəxslərin nizamnamə kapitalında 10 (on) və
ya daha çox faizi təşkil edən paya birbaşa və
ya dolayı yolla sahibliyi haqqında məlumat;
19.8.
növbəti 3 (üç) il üçün tərtib
edilmiş və ərizəçinin idarəetmə
orqanı tərəfindən təsdiq edilmiş biznes-plan;
19.9.
ərizəçinin idarəetmə orqanı tərəfindən
təsdiq edilmiş təşkilati struktur;
19.10.
daxili nəzarət sisteminin təsviri;
19.11.
fəaliyyət xüsusiyyətindən asılı olaraq risklərin
idarə edilməsi prosedurları;
19.12. audit aparan müstəqil
auditorla bağlanmış
müqavilənin surəti
(olduqda);
19.13. rəhbər vəzifələrə təyin
edilmiş əməkdaşlar
haqqında məlumat,
onların ali təhsili və əmək stajı haqqında sənədlərin
müvafiq qaydada təsdiq edilmiş surətləri;
19.14. rəhbər vəzifələrə təyin
edilmiş əməkdaşlar
üçün qəsdən
törədilmiş cinayətə
görə məhkumluğun
olmaması, mülkiyyət
əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır
və xüsusilə ağır cinayətlərə
görə cinayət
məsuliyyətinə cəlb
edilməsi faktının
olmaması, müvafiq
vəzifəni tutması
və ya peşə fəaliyyəti
ilə məşğul
olmasına məhkəmə
qərarı ilə qadağanın qoyulmaması,
habelə məhkəmə
qaydasında müflis
elan edilməsi faktının olmamasına
dair vətəndaş
qüsursuzluğu barədə
ərizə;
19.15. peşəkar fəaliyyətin həyata
keçirilməsi üçün
qanun-vericiliklə müəyyən
edilmiş daxili qaydaların surətləri.";
1.3.
20.2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"20.2. QKDK tərəfindən
təsdiq edilmiş
"Bütün növ
qiymətli kağız
blanklarının hazırlanması
və satışı
üzrə fəaliyyətin
həyata keçirilməsinə
dair Tələblər"ə
uyğun olaraq aşağıdakı sənəd
və məlumatlar:
20.2.1. bütün növ qiymətli kağız blanklarının
istehsalını həyata
keçirmək üçün
müvafiq yer barədə məlumat;
20.2.2. xüsusi materiallar
və yarımfabrikatların
satın alınması
və istehsalçının
xüsusi materiallar üçün ərazilərinə
qəbul olunması və uçotunun aparılması qaydası;
20.2.3. fotoplyonka və
çap formalarının
uçotunun aparılması
qaydası;
20.2.4. bütün növ qiymətli kağız blanklarının
nömrələnməsi qaydası;
20.2.5. xüsusi materialların,
yarımfabrikatların fotoplyonkalarının,
çap formalarının,
qiymətli kağız
blanklarının standart
formalarının, məhsulların,
təhlükəsiz mürəkkəblər
və istehsal tullantılarının boş
qablarının saxlanması
qaydaları;
20.2.6. istehsal obyektlərinə
giriş üçün
icazə qaydaları;
20.2.7. daxili nəzarət
qaydaları;
20.2.8. istehsal obyektlərinin
texniki baxımdan gücləndirilməsi haqqında
məlumat;
20.2.9. istehsal obyektində
oğurluğun, yanğının
və hücumun xəbərdar edilməsi sistemi;
20.2.10. istehsal obyektində
giriş-çıxışa nəzarət sistemi;
20.2.11. istehsal obyektinin
videonəzarət sistemi.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 2 mart.- S.2.