Erməni təxribatının «Sumqayıt
ssenarisi»
Ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdur.
Ermənilərə külli
miqdarda silah və canlı qüvvə verilirdi
Ermənilər ideoloji silahdan da məharətlə
istifadə etməyə çalışırdılar. Erməni
və ermənipərəst qüvvələr dünyanın
ayrı-ayrı mətbuat səhifələrində guya
"Böyük Ermənistan"ın mövcud olduğunu
iddia edir, Osmanlı imperiyası tərəfindən
dağıldığını ön plana çəkirdilər.
Fransız sovetşünası Lemerse-Kelkeje "Azərbaycana
xaricdən təsir" məqaləsində Azərbaycan
tarixini təhrif edir, qonşu dövlətlərə (ermənilər
nəzərdə tutulur) qarşı xəyanətkar
olduğunu sübut etməyə çalışırdı.
Erməni
ideoloqları öz havadarlarının pulu hesabına xaricdə
kütləvi informasiya vasitələrində Azərbaycan
haqqında mənfi imic yaratmaqla məşğul idilər. Məsələn,
1989-cu il iyun ayının 29-da "Yurmala" qəzetinin
26-cı nömrəsinin birinci səhifəsində belə
bir başlıq verilmişdir: "Qəzetin bu nömrəsi
Ermənistana və erməni xalqına həsr olunur".
Bu qəzetin
səhifələrində Azərbaycanın, onun dinc əhalisinin
ünvanına saysız-hesabsız böhtanlar
yağdırılmışdır. Dağlıq
Qarabağın tarixən ermənilərin olmasını
sübut etməyə çalışır, Sumqayıtda ermənilərə
qarşı "genosid" aparıldığını
söyləyirdilər. Silva Kaputikyan məqaləsində
yazırdı: "Biz uçuruma yuvarlanmışıq.
Çıxış yolu yoxdur. Bir tərəfdə Türkiyə,
digər tərəfdə Azərbaycan. Havamız
çatmır. Məhv oluruq. Sumqayıtda qırğın
olmuşdur. Bizi yaşamağa qoymurlar".
Qərb
ölkələri, transmilli korporasiyalar, xarici mətbuat Azərbaycanda
gedən ictimai-siyasi proseslərdən, Sumqayıtda baş verən
qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən
SSRİ-nin dağıdılmasında və Kommunist
Partiyasının ləğvində bir alət kimi
yararlandılar. Erməni millətçiləri isə bu hadisələrdən
tarixi şans kimi istifadə etməyə
çalışdılar. Həmin illər ermənilər
informasiya müharibəsində üstünlük
qazanmışdılar. Fransada, Kaliforniyada, Hollandiyada kütləvi
informasiya vasitələrində ermənilər və ermənipərəst
siyasətçilər, politoloqlar Azərbaycanın
ünvanına böhtanlar, hədyanlar
yağdırırdılar. "Sandi Tayms" qəzeti
yazırdı: "Azərbaycanlılar ermənilərdən
aciz və gücsüz deyillər. İnformasiya müharibəsində
isə azərbaycanlılar ermənilərdən aciz və
gücsüzdürlər".
Sumqayıtda
qanlı terror fevralın 27-də baş tutsa da, bu ssenari
çoxdan hazırlanmışdı. Ssenari çox məxfi
şəkildə hazırlandığından
iğtişaşlar başlanandan sonra da həqiqət
dünyadan, cinayətkarlar isə istintaqdan gizlədildi. Hadisələrin
xronikası, ardıcıllığı sübut edir ki, erməni
millətçi və separatçı qüvvələri bu
qanlı terrorun məxfi planını, parol və işarələrini
çoxdan hazırlamışdılar. Bir-birinin ardınca təşkil
olunan aksiyalar, siyasi gedişlər də bunu sübut edir. Eyni
vaxtda Xankəndidə və Yerevanda Qarabağ uğrunda mitinqlər
təşkil olunur, yığıncaqlar keçirilirdi. Ermənistanda
yaşayan azərbaycanlılar kütləvi şəkildə
ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar
Bakıya, Sumqayıta gəlirdi. Bunun ardınca cavab
aksiyaları təşkil olunurdu. Nümayişçilər,
yürüşçülər arasında Azərbaycan dilində
sərbəst danışan saqqallı erməni emissarları
görünürdü. Erməni separatçıları məqsədlərinə
çatmaq üçün hər cür hiyləyə əl
atır, dəridən-qabıqdan çıxırdılar.
Moskva isə hadisələri sükutla izləyir, əslində,
daha riyakar və dəhşətli planların konturları
cızılırdı.
Statistik
məlumatlara görə, hələ 1988-ci ilin əvvəllərində
Sumqayıtda müxtəlif millətlərdən olan 258 min 200
nəfər yaşayırdı. Onların 14.208 nəfəri
miliyyətcə erməni idi. Doğrudur, həmin illərdə
Gəncədə, Şəkidə və Bakıda da ermənilərin
sayı az deyildi. Amma iğtişaş üçün məhz
Sumqayıtın seçilməsinin səbəbləri
vardı. Birincisi, Sumqayıt Bakıya daha yaxın idi.
Bakıdan dünya ictimaiyyətinə hadisə barədə məlumat
yaymaq, antiazərbaycançı şəbəkə ilə
çevik əlaqə yaratmaq imkanları geniş idi.
İkincisi, 80-dən çox millətin
yaşadığı Sumqayıt təkcə
kimyaçılar, metallurqlar şəhəri kimi yox, həm də
xalqların dostluq şəhəri kimi tanınırdı.
Maraqlı olan qüvvələr məlum hadisələri
törətməklə dünya ictimaiyyətinə bəyan
etmək istəyirdilər ki, guya azərbaycanlılar millətçi,
vəhşi və barbar xalqdır, onlarla birgə yaşamaq
mümkün deyil. Sumqayıtda törədilən qanlı
aksiyaların şəhərin Dostluq, Sülh küçələrində
baş tutması da məqsədli idi.
Fransız jurnalisti Jan-İv: "Ermənilər
5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə
öldürürlər"
Sumqayıtda
hadisələrin başladığı gündən dərhal
antiazərbaycan informasiya şəbəkəsi işə
düşdü. Müxtəlif ölkələrdə
videolentlər nümayiş etdirildi, mətbuatda şər və
böhtan dolu yazılar dərc olundu. Qəribədir ki, cəmi
3-4 gün sonra Xankəndidə əvvəlcədən
hazırlanmış "Sumqayıt hadisələri zamanı
həlak olmuş ermənilərə xatirə abidəsi
ucaldıldı, "Sumqayıt... soyqırımı...
aşkarlıq" adlanan kitabça 50 min tirajla Yerevanda rus
dilində çap olunub dünya ictimaiyyətinə
çatdırıldı. Əlbəttə, belə silsilə
tədbirlər bir daha sübut etdi ki, ermənilər bu
qanlı aksiyanın törədilməsini və geniş
yayılmasını planlı şəkildə təşkil
etmişlər. "Böyük Ermənistan"
xülyasına xidmət edən antitürk, antiazərbaycan təbliğat
separatçıların başlıca məqsədinə, məramına
çevrilmişdi. Sumqayıt hadisələri barədə
sovet və xarici ölkə mətbuatında birtərəfli,
qərəzli yazılar dərc olunurdu. Moskva isə susurdu. Hələ
1988-ci il fevralın 26-da SSRİ-nin rəhbəri
M.Qorbaçov ermənilərin ona müraciətinə
çox təmkinlə cavab vermişdi: "Mən hər
şeyi başa düşdüm, ancaq bir az gözləyin".
Cəmi iki gün sonra Sumqayıt hadisələri baş verdi.
1988-ci
il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək
dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət
verilməsinin qarşısını aldı. Çünki o
vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi,
həmin əməliyyatın yüksək dairələrdən
idarə olunması faktı ortaya çıxa bilərdi.
SSRİ-nin milli münaqişələr zəminində
dağıdılması ssenarisinin əsl müəllifləri
ittiham olunardı, Sumqayıtda törədilmiş
iğtişaşların Dağlıq Qarabağ problemi ilə
bağlılığı üzə çıxardı. Bir
də ermənilərin dünyaya bəlli olan iç üzləri
açılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən
dəhşətə gələn fransız jurnalisti Jan-İv
yazırdı: "Mən müharibədə çox
şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını
eşitmişəm. Amma ermənilər onları
ötüb-keçiblər. Onlar 5-6 yaşlı
uşaqları, dinc əhalini vəhşicəsinə
öldürürlər". Əslində, dünya ictimaiyyəti
erməniləri belə tanıyır: zalım, qəddar,
qaniçən, bir sözlə, ümumbəşəri bəla
kimi...
Artıq
Sumqayıt hadisələrindən 25 il keçir. Doğrudur,
hadisələrin mahiyyətini açmaq, baş verənlərə
hüquqi qiymət vermək üçün SSRİ Baş
Prokurorluğu istintaq qrupu yaratdı. İlk baxışda
gözləmək olardı ki, əsl həqiqət üzə
çıxacaq. Amma belə olmadı, şəhərdə
kütləvi həbslər başladı. Günahsız
adamlar istintaqa cəlb olundu. Əsl cinayətkarlar isə hələ
də məsuliyyətə cəlb olunmayıblar...
Səbəb
məlumdur. Mixail Qorbaçov Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin baş katibi seçiləndən
sonra onun ətrafına ermənipərəst qüvvələr
toplanmışdı. Siyasi məsələlər üzrə
Şahnazarov, iqtisadi məsələlər üzrə
Aqanbekyan, planlaşdırma məsələləri üzrə
Sitaryan onun ən yaxın köməkçiləri idilər.
Ölkədə gedən ictimai-siyasi proseslərdən öz
məqsədləri üçün istifadə etmək, erməni
xalqının arzuladığı torpaq iddiasını
qaldırmaq və reallaşdırmaq üçün onlar
Qorbaçova məsləhətlər verir, onu bu çirkin və
məkrli işə cəlb edirdilər. Lakin Qorbaçov
hakimiyyətinin ilk illərində Dağlıq Qarabağı
Azərbaycanın tərkibindən ayırıb Ermənistanın
tərkibinə vermək çətin idi. SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü
Heydər Əliyev belə ədalətsiz bir məsələnin
ali hakimiyyət dairələrində müzakirə
olunmasına imkan verməzdi.
(ardı
var)
Azərbaycan.-2013.- 2 mart.- S.5.