Susmuşyaxud susdurulmuş vicdan

 

Taleyin qisməti ilə artıq bir neçə ildir ailə üzvlərimlə bərabər ikinci Vətən saydığımız qardaş Türkiyədə yaşayırıq. Hətta bura köçməzdən çox öncə - ağlım kəsəndən evdə atamın sözlərindən, söhbətlərindən əxz etmişdim ki, Türkiyə hansı ərazidə yaşamasından asılı olmayaraq bütün türk xalqlarının ikinci Vətənidir. Yaxşı xatırlayıram, orta məktəbin 8-ci sinfində oxuyanda atamla Şamaxıdan Bakıya qayıdırdıq. Yolda maşını saxlayıb bizi - anamla bacımı da bir qəbrin üstünə gətirdi. O yerin adı da qəribəydi. "Acı dərə". Sonralar anlayacaqdım ki, bu "Acı dərə" deyilən yerdə acı taleyə tuş olmuş neçə-neçə qəhrəman türk əsgəri uyuyurE Atam bizə bu qəbrin əbədi sakininin 1918-ci ildə Türk İslam Ordusunun tərkibində Azərbaycana gəlib erməni daşnakları və bolşeviklər tərəfindən kütləvi soyqırıma məruz qalmış, azərbaycanlıları xilas edən bir türk əsgərinin olduğunu anlatdıqca körpə qəlbimizdə bir rəğbət hissi baş qaldırırdı.

O gündən xeyli illər keçibbizim azadlığımız üçün doğma vətənindən uzaqlarda (təbii ki, məkan anlamında) şəhid olmuş igid türk əsgərinə ehtiramım və sevgim daha da artmışdır. İndi burada yaşayarkən Türkiyəyə, türk əsgərinə öz xilaskarım kimi baxıram. Özümüzə qarşı gördüyümüz münasibət, məhəbbət eynən Azərbaycandakı kimidir. Bir misqal aşağı, bir misqal yuxarı yox! Əlbəttə, bizqardaş Türkiyədə əlimizi əlimizin üstünə qoyub dayanmamışıq. Əmək fəaliyyətimizlə kifayətlənmədən iki qardaş ölkənin uğurlarına sevinir, münasibətlərimizin daha da dərinləşməsinə, Türkiyənin inkişafına imkanımız çərçivəsində töhfəmizi veririk. Türkün dostu çox olduğundan, düşmənləri də çoxdur. Özü də məkrli və hiyləgər düşmənləri! Elə təkcə yüz illərdir sığınacaq, , çörək verdiyi namərd xislətli ermənilər kifayətdir! Zaman-zaman əllərinə kiçicik bir fürsət düşən kimi canlanırlar, terrordan, qətllərdən, təxribatlardan çəkinmirlər. Bir əli xaricdəki havadarlarının cibində, bir əli daxildə qan tökən RKK quldurlarının əlində... Nə qədər nankor olasan ki, sənə düz-əməlli güzəran yaradan, ayrı-seçkilik qoymayan bir xalqa arxadan xəncər saplayasan! Mən özüm bəzən türkün səbrinə, dözümünə heyrət edirəm. İnanmıram ki, dünyada ikinci belə bir xalq olsun ki, bu qədər dözüm, tolerantlıq nümayiş etdirsin! Hərdən lap əsəbləşirəm də! Sonradan türkün imanlı, Allahına, Peyğəmbərinə sadiq olduğunubu səbrin İlahidən gəldiyini düşünəndə təslim oluram. Səbir imandan gəlir. Nə yazıqlar olsun ki, qarşı tərəf bunu dərk etmir. Cəhənnəm olsun qarşı tərəf, bir də görürsən ki, öz soyundan - kökündən olan bəziləri heç onlardan da geri qalmır, türkə hürən azmış kimi, bunlar da o xora qoşulub sərsəmləyirlər. Çox görmüşük belələrini...

İndi də biri peyda olub. Özübu dəfə mənim birinci Vətənimdə: Əkrəm Naibov adlı bir yazar. Kimdi bu Əkrəm? Bu yaxınlarda Moskvada "Drujba narodov" adlı jurnalda illərdir yatıb gördüyü sərsəm bir yuxunu nəşr etdirən azəri türkü! Yuxu nə? Sən demə, "Daş yuxu". Məncə, onun adını "Qəflət yuxusu" qoysaydı, daha yaxşı olardı. Çünki bu adam hələ qəflət yuxusundan ayılmayıb. Bu qədər təbəddülatlar, qırğınlar, mübarizələr, millətinə atılan daşlar... Bu isə qəflət yuxusundadır. Bu adamın ömrünün qürub çağıdır, amma hələ də... Bir Azərbaycan atalar sözü var, yazmaq istəmirəm. Heç ümumiyyətlə, bu adamonun səviyyəsiz əsəri haqqında da yazmaq istəmirdim, düşünürdüm ki, onu şirnikdirən, bu cür şər-böhtan yazdıranlardan başqa hamının müəllifə və əsərinə qiyməti bəllidir. Damarında türk qanı axan kimsə onu təqdir eləməz! Belə düşünürdüm. Publikanın mövqeyini bir az gözdən keçirəndən sonra ona rəğbət bəsləyənlərin, hətta müdafiə edənlərin olduğunu görüb dəhşətə gəldim. Doğrudanmı bu əsəri oxuyan bir Allah bəndəsi ona haqq qazandıra bilərmiş?! Azərbaycanda hər kəsin bu başıbəlalı uydurma əsərlə tanış olduğunu bilirəm. Burada isə, görünür, çox adamın xəbəri yoxdur. Bu yaxınlarda bir qrup türk yazar, hətta Türkiyə Yazarlar Birliyinin də Əkrəmi müdafiə xarakterli bəyanatlarını oxuyanda əlim yerdən-göydən üzüldü! Həzərat, dayanın! Neylədiyinizdir? Oxumusunuzmu bu böhtan dolu cızmaqaranı, doğma (doğmamı?) xalqına nifrət qazandırmağa çalışan, qəddar, qaniçən düşmənə sevgi izhar edən, onlardan ötrü göz yaşı axıdan binəva Əkrəmi? Bu bədbəxt ya bilərəkdən, ya da bilməyərəkdən bütün türk dünyasını təhqir, tarixin ən şəffaf səhifələrini təhrif edir, dünya xalqlarında türkə nifrət oyadır, sizlər də onun müdafiəsinə qalxırsız! Özü də hansı zamanda? İki ildən sonra qondarma "erməni soyqırımı"nın yüz illiyinə canfəşanlıqla hazırlaşan ermənilərin və onların havadarlarının dəyirmanına su, dəyirman daşlarının arasına dən tökən Əkrəmin fikirlərinə necə haqq qazandırırsınız? Bir-iki sitat gətirim, baxın! "Öldürülən hər erməniyə bir şam yandırılsa, onların işığı ayın işığından parlaq olardı", "Əylisdəki kilsənin üstünə düşən işıq Allahın gözünün işığıydı, sanki...", "Bu it uşağı" yerazlar, "Əylisdə Edip bəyin qırdığı ermənilərin qanı bir neçə gün arxlardan axırdı" və s., və i.a. Əkrəmin bu sayıqlamalarını oxuyan hər bir vicdanlı şəxs onun sifarişçisinin kimlər olduğunu dərhal sezə və nə məqsədlə yazıldığını da təxmin edə bilər. Əkrəm hələ 1989-cu ildə həmin o "Drujba narodov" jurnalında da ermənilərə sevgisini, azərbaycanlılara nifrətini ortaya qoymuşdu. Demək, bu təsadüfi hadisə deyil. O vaxtdan onu bu məsələlər ciddi narahat edirmiş... Bəlkə daha sirli səbəbi varmış?.. Sonralar böyük şairimiz Bəxtiyar Vahabzadə onu ifşa edən bir şeir də yazmışdı:

 

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm özümdən hürkəm.

Sən kimsən, sən nəsən özün bilərsən

Mən ilk qaynağımdan türk oğlu türkəm!

 

Böyüyüb boya-başa çatdırdığı, dövlətin ən ali orden və medalları ilə təltif etdiyi, parlament kürsüsündə əyləşdirdiyi bu xalq ona hansı pisliyi edib? Uzun illər kitabları çap olunan, yüksək qonorar alan, bu xalqın çörəyini yeyən belə nankor yazıçı olarmı? Görünür, Əkrəmin gözünü erməni sevgisi o qədər tutub ki, onların yüz illərdir xalqımızın başına gətirdikləri fəlakət və müsibətləri unudub. Unutmasaydı, xilaskarlıq missiyasıyla Azərbaycana gələn Ənvər Paşanı, Nuru Paşanı, Edip bəyi, Tələt Paşanı, bu mücadilədə şəhid olan  türk mehmetçiklərini qatil adlandırıb ələ salmazdı! Türkiyədə ermənilərin törətdikləri kütləvi qətllər, təxribatlar, körpələrin qanına qəltan edilməsini bu "təcrübəli" yazar nə əcəb unudub? Osmanlı dönəmində Anadoluda yaşamış Aşıq Hıfzı kəndinə qayıdanda görür ki, erməni quldurları kəndin bütün dinc əhalisini qırıb-çatıb, kənddə bir nəfər də sağ türk qalmayıb. Ailə-uşağı da bu qətliamdan salamat çıxmayıb. Rastlasdığı müsibətdən az qalır havalansın. Baxır ki hər yan gül-çiçək açıb. Güllər də açılanda sanki ətrafa baxıb gülürlər. Bədahətən yazır ki:

 

Bağrımdakı xəncərmidir, oxmudur,

Mənim dərdim çiçəklərdən çoxmudur?

İlahi, bunların dərdi yoxmudur,

Nədən gülür bu divanə çiçəklər!

 

Məncə, şərhə ehtiyac yoxdur. Əkrəm belə mətləbləri yaxşı bilir. Axı, sıradan bir yazar deyildir, xeyli kitab müəllifidir. Görünür, qarşısında öhdəlik götürdüyü ağaların yanında gözükölgəli qalmamaq üçün bu cür avantürist yola düşüb. Hesab eləmirəm ki, eyni xislət daşıyıcısı olan mənfur erməni "yazarı" Zori Balayanın kitablarından da xəbərsizdir. Görün, mənfur Balayan kitabında yazır: "Xaçaturla Xocalıda türklərdən azad edilmiş bir evə girəndə bizim əsgərlərin divara mismarladığı 13 yaşlı türk oğlan hələ zarıyırdı. Səsini kəsmək üçün Xaçatur uşağın öldürülmüş anasının döşünü kəsib onun ağzına soxdu, sonra mən onun başının, üzünün, qarnının dərisini soydum. Saata baxdım, 7 dəqiqədən sonra uşaq qanaxmadan öldü. Xaçatur uşağı dörd yerə şaqqalayıb qapıdakı itlərin qabağına atdı. Axı onların kökləri eynidir. Axşam biz daha 3 türk uşağıyla da belə rəftar elədik."

Əkrəm Naibov, təkcə elə bu dəhşətli əhvalat hətta qeyri - türk millətinin nümayəndəsinin qanını dondurur, bəs sənin, əcəb vecinə deyil? Bəlkə sən bu millətdən deyilsən? Bu dəhşətdən sonra əlin necə qələm tutur ki, türkü aşağılayasan, qəddar erməni cəlladlarından ötrü göz yaşı axıdasan?

isə, Əkrəm, bəlkə gec deyil, özündə güc tapıb etdiyin cinayəti etiraf edəsən, tövbə qapısna gələsən? "Allah şeytana lənət eləsin" - deyib xalqından üzr diləyəsən! Xalqımız böyük rəhmlidir, bəlkə günahından keçdi. Həm sevimli şairimiz Bəxtiyar Vahabzadənin "Türkün türklə ədavətə haqqı yox!" misralarını əsas tutaraq... Əks təqdirdə, bu dünyadan köçəndə heç bir yerdə türk torpağı sənə boyun qədər bir qarış qəbir yeri verməz! Çünki torpaq müqəddəsdir, çirkab götürmür...

Məni narahat edən bir məsələ , Əkrəmin müdafiəsinə qalxan bəzi soydaşlarımızın tutduğu mövqedir. Əkrəm çaşıb, yaxud da çaşdırılıb, indi bunların o qədər əhəmiyyəti yoxdur. Bəs sizə nolub? Görmürsünüz ki, xalqımızı, tariximizi bu qədər təhqir təhrif edən Əkrəmin üzünü? Görmürsünüzsə, görün, oxuyun bu böhtan - rekviyemi. Oxusanız, inandırıram sizi, heç Əkrəm adını dilinizə gətirməzsiniz. Düşmənləri bilirik, həyasızcasına şər-böhtan, nifrinlər yağdırırlar üstümüzə. Ölkələrimiz - həm Türkiyə, həm Azərbaycan gücləndikcə, çiçəkləndikcə, dünyanın ən iqtisadi cəhətdən qüdrətli dövlətlərindən birinə çevrildikcə, düşmənlərimizin başına ölkələrimiz ağırlığında daş düşür. Paxıllıq, xəbislik hissləri onları rahat buraxmır.  Hər iki ölkənin rəhbərlərinin beynəlxalq aləmdə nüfuzu artdıqca, bu düşmənlərin gözlərinə ox olub sancılırlar. Heç olmasa, sizlər bu erməni xislətli yazarı, özündənmüstəbeh "ictimai xadimi" düz yola - tövbə yoluna dəvət edin, başa salın ki, üstünə düşmən hürəndə adama o qədər yer eləmir. Amma öz itin özünə hürəndə, səni öz itin tutanda atalar demiş, "qəribi belə yerdə ağlamaq tutur".

Əkrəm Naibovun bu dirnaqarası "dostluq əsəri" yayılandan sonra heç kəsi inandırmaq olmayacaq ki, əsər dostluq mehribançılıq hissləri aşılayacaq. qədər sadəlövh olmalısan ki, buna inanasan. Bu kitab indən sonra əllərində heç bir tutarlı dəlil-sübut olmayan erməni təbliğatçıları, tarixçiləri üçün göydəndüşmə istinad nöqtəsi olacaqdır. Hələ yüz illər bundan sonra da onlar Əkrəmin diliylə türkü aşağılayacaq, ermənini isə öyəcəklər. Əkrəmin susmuş, yaxud da susdurulmuş vicdanı isə lənətlə yad ediləcəkdir. İndi Azərbaycanda Əkrəmə qarşı böyük ümumxalq nifrəti baş qaldırıb. Belə olmalıydı. Böyük türk aşığı Tufarqanlı Abbasın bir bəndi buna tutarlı cavabdır:

 

Bəd övladı əzəl başdan tanıram,

Çör-çöp yığıb yad ocağın yandırar.

Səhər durub ar-namusu gözləməz,

Suyu töküb öz ocağın söndürər.

 

 Sanki Əkrəmin bu gününə yazılıb. Əkrəm haqqında hələ çox yazılacaq, çox deyiləcək. Çünki manqurdlaşmış birisini xalq heç vaxt bağışlamır. Min cür adlar veriləcək, ayamalar qoşulacaq. Amma mənim fikrimcə, ona ən tutarlı, ən düzgün adı şeyximiz Hacı Allahşükür Paşazadə verib - "Mürtəd". Bu bir sözdə onun bütün məziyyətləri cəmlənibdir. Deyərdim ki, bu vücud bütün pisliklərin şərəfsizliyin toplandığı depodur.

 

 

Səbinə ELDARQIZI,

hüquq elmləri namizədi

Türkiyə

 

Azərbaycan.-2013.- 2 mart.- S.7.