«Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti hərbi
qulluqçularının hərbi geyim
forması və fərqlənmə nişanları haqqında
Əsasnamə»nin və «Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti hərbi
qulluqçularının hərbi geyim
formasının və fərqlənmə
nişanlarının təsvirləri»nin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etsin.
4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir ay müddətində:
4.1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydalarını təsdiq etsin;
4.2.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti hərbi qulluqçularının xüsusi geyim və
hərbi ləvazimatının tərkibini, təsvirini və
daşıma qaydalarını təsdiq etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 fevral
2013-cü il
Azərbaycan2013.- 3 mart.- S.1.