"Ali təhsilin
magistratura səviyyəsi üzrə ixtisasların
(ixtisaslaşmaların) Təsnifatı"nın,
"Rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan ixtisasların Təsnifatı"nın
və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qüvvədən düşmüş bəzi qərarlarının
Siyahısı"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun
tarixli 95 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 36 Bakı şəhəri, 1 mart
2013-cü il
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanına
əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təkliflərini
nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 6, maddə
568; 2012, № 4, maddə 388, № 5, maddə 492) ilə təsdiq
edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə
ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın
"2. Humanitar və sosial ixtisaslar qrupu" hissəsinin
"060212 Hüquqşünaslıq" ixtisasına "- Dəniz
və enerji hüququ" sözlərindən sonra "-
Transmilli cinayət hüququ" sözləri, "060215
Kitabxanaçılıq və informasiya" ixtisasında
"- Kitabxana fondlarının formalaşması və istifadəsi"
sözlərindən sonra "060216 Dövlət və ictimai
münasibətlər" ixtisası və "- İctimai
siyasət" sözləri əlavə edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 3 mart.- S.1.