Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə
Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr
tarixli 542 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun Nizamnaməsi"nin 5.5 -
5.7-ci bəndlərinə
uyğun olaraq qərara alıram:
Aşağıdakı
şəxslər Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun Müşahidə
Şurasının üzvü təyin edilsinlər:
Dövlət orqanlarından:
Süleymanov Tahir Veys oğlu - Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsi müdirinin müavini
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan
Respublikası gənclər və idman nazirinin müavini
Novruzov Qulu Novruz oğlu - Azərbaycan
Respublikası təhsil nazirinin müavini
Səmədov Nazim Adil oğlu - Azərbaycan
Respublikası mədəniyyət və turizm nazirinin
müavini
Məmmədov Cavid Nəriman
oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial
sahələrin maliyyəsi şöbəsi müdirinin
müavini
Gənclər
təşkilatlarından:
İsmayılov Şahin Əmir
oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının sədri
Mehdiyev
Nurəddin Səftər oğlu - "Bizim Nəsil" Gənclərin
Regional İnkişaf Assosiasiyasının sədri
Orucov
Seymur Vaqif oğlu - "Gənclərin İntellektual
İnkişafına Yardım" İctimai Birliyinin İdarə
Heyətinin sədri
Seyidzadə
Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının sədri
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 mart
2013-cü il
Azərbaycan.-2013.- 5 mart.- S.1.