Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

 

"Əməkdar memar"

 

Hacıyeva Yeganə Ərşad qızı

Həsənova Aybəniz Əşrəf qızı

Məmmədova Zahidə Gülməmməd qızı

Seyfullayeva Nelli Musa qızı

 

 

"Əməkdar jurnalist"

 

 Xəlilova Flora Fətula qızı

 

 

"Əməkdar mədəniyyət işçisi"

 

Atakişiyeva Dilarə Muradovna

Heydərova Şeyla Qaçay qızı

Qasımova Valentina Mixaylovna

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 5 mart.- S.2.