Azərbaycan qadınlarının bir qrupunun «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Cəfərova Səriyyə Müslüm qızı

Əlizadə Lətafət Məmməd qızı

Reyxrudel Larisa Yefimovna

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 5 mart.- S.2.