«YARAT!» Müasir İncəsənət Məkanı tanınmış fotoqrafın «Sadəliyin şəffaflığı» eksperimental layihəsini təqdim etmişdir

 

"YARAT!" Müasir İncəsənət Məkanı "YAY!" qalereyasında tanınmış fotoqraf Sənan Ələsgərovun "Sadəliyin şəffaflığı" adlı eksperimental layihəsini təqdim etmişdir.

Rəssamın yaratdığı yeni silsiləyə texniki ifa və hamı üçün birgə olan sadə əşyaların gözəlliyi mövzusu vasitəsilə birləşdirilən 25 rəngli fotoşəkil daxildir. Şəkillərə xas olan hissələrə parçalanma rəssam üçün ətraf mühitin qavranmasının əsas qayəsini təşkil edir.

Adi insanların fikir vermədiyi ünsürlər - təsadüfən rast gəlinən günəş şüası və ya yola düşən kölgə, köhnə, qurumuş ağacın incə budaqları, istifadə olunmayan uşaq meydançası və digər surətlər - çox zaman müəllifin diqqətini cəlb edir. Bu ünsürlər fikirlər, assosiasiyalar, hisslər və xəyallar cərgələrini təşkil etməklə, rəssamın fotoşəkillərdə yaratdığı subyektiv gözəlliyin konkret və mücərrəd surətlərinin peyda olmasına yardım edir.

Müəllifin yaratdığı şəkillər silsiləsində adiliyin gözəlliyi və sadəliyi əlamətlərinə malik olan surətlərin yaradılmasının şiddətli arzusu sezilir. Təbiət isə surətlərin əsas çərçivələrini müəyyənləşdirən dayaq nöqtəsi və material qismində çıxış edir.

Sərgi martın 24-dək davam edəcəkdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 5 mart.- S.4.