Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Milli
Şurasının ikinci
prezidentinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 5-də
Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti
Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlət
başçısı Azərbaycan Respublikası ilə
Avstriya Respublikası arasında ikitərəfli əlaqələrin
bütün sahələrdə uğurla inkişaf etdiyini
vurğuladı. Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfərini
və səfər zamanı aparılan müzakirələri məmnunluqla
xatırlayan Prezident İlham Əliyev ölkələrimiz
arasında əməkdaşlığın daha da genişləndirilməsi
üçün qarşılıqlı marağın
yüksək səviyyədə olduğunu qeyd etdi. Əlaqələrimizin
inkişafında parlamentlərarası əməkdaşlığın
önəmini vurğulayan
dövlət başçısı Avstriya
Respublikasının Milli Şurasının ikinci prezidenti
Fritz Neugebauerin ölkəmizə səfərinin uğurlu
olacağına və əməkdaşlığımızın
daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə
ümidvar olduğunu bildirdi.
Avstriya
Respublikasının Milli Şurasının ikinci prezidenti
Fritz Neugebauer Prezident Haynts Fişerin salamlarını dövlət
başçısına çatdırdı. Son 20 ildə
ölkələrimiz arasında münasibətlərin
yüksək templərlə inkişaf edərək
hazırkı səviyyəyə qalxdığını
vurğulayan qonaq 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin
açılmasını və 2011-ci ildə Prezident Haynts
Fişerin böyük nümayəndə heyəti ilə
ölkəmizə səfər etməsini bunun bariz nümunəsi
kimi dəyərləndirdi. Fritz Neugebauer ikitərəfli
münasibətlərimizin genişləndirilməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin
önəmini qeyd etdi.
Görüşdə
Avstriya şirkətlərinin Azərbaycanda həyata
keçirilən müxtəlif layihələrdə
iştirakının önəmi qeyd olundu, ölkələrimiz
arasında iqtisadi, enerji, informasiya və kommunikasiya
texnologiyaları, turizm, təhsil, səhiyyə və digər
sahələrdə əməkdaşlığın daha da
genişləndirilməsi üçün böyük
imkanların olduğu vurğulandı, əlaqələrimizin
sürətlə inkişaf edərək strateji tərəfdaşlıq
səviyyəsinə yüksələcəyinə əminlik
ifadə olundu.
Dövlət
başçısı Prezident Haynts Fişerin salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Avstriya dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2013.- 6 mart.- S.1.