Azərbaycan gənclərə göstərilən
qayğının səviyyəsinə görə dünya ölkələri arasında seçilir
Azərbaycan Prezidenti İlham Əliyevin bu addımı ölkədə gənclərə
göstərilən diqqət və qayğının bariz
nümunəsidir.
Bu
sözləri "Gənclərin İntellektual
İnkişafına Yardım" İctimai Birliyi idarə heyətinin
sədri Seymur Orucov dövlət başçısı
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun Müşahidə
Şurasının üzvlərinin təyin edilməsi ilə
bağlı sərəncamına münasibət bildirərkən
demişdir.
Sərəncamı
gənclərə göstərilən etimadın nümunəsi
kimi qiymətləndirən sədr bildirmişdir ki, Azərbaycanın
gənclər siyasəti ilə dünya ölkələrinin
bu sahədəki fəaliyyəti arasında xüsusi fərq
vardır. Sərəncamda bir sıra dövlət
orqanlarından və gənclər təşkilatlarından
olan nümayəndələrin adları qeyd edilmişdir.
İlk olaraq qeyd edim ki, dövlət
başçısının bu addımı gənclərə
göstərilən diqqət və qayğının bariz
nümunəsidir. Biz təşkilatımız adından Azərbaycan
Prezidenti İlham Əliyevə öz minnətdarlığımızı
bildiririk.
Seymur
Orucov qeyd etmişdir ki, Azərbaycan gənclərə göstərilən
qayğıya, onlar üçün həyata keçirilən
tədbirlərə, ümumiyyətlə, gənclər siyasətinə
görə dünya ölkələri arasında seçilir.
Ölkəmizdə gənclərlə bağlı
qanunvericilik bazasının gündən-günə təkmilləşdiyi
göz qabağındadır. Bu ölkənin vətəndaşı
və gənci olmaq bizim hər birimiz üçün
qürur mənbəyidir. Çünki biz gəncliyin
inkişaf zirvəsində olduğu, əhalinin bu təbəqəsinə
xüsusi diqqət və qayğı göstərilən, gənclərin
bütün problemlərinin həlli üçün müxtəlif
təşkilatların səfərbər edildiyi bir ölkənin
vətəndaşlarıyıq.
Azərbaycanda
istər xaricdə təhsil alan, istərsə də ölkəmizdə
yaşayan gənclərin maddi və mənəvi problemlərinin
həlli istiqamətində bir sıra ictimai birliklər fəaliyyət
göstərir. Bu gün biz bir sıra sahələrdə həmin
fəaliyyətin, gənclərə ayrılan diqqətin bəhrəsini
və uğurlu nəticələrini görürük.
S.Orucov
vurğulamışdır ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun təşkil edilməsi
ölkəmizdə gənclərlə bağlı bir sıra
mühüm layihələrin reallaşmasında əhəmiyyətli
rol oynayacaqdır. Biz də Müşahidə
Şurasının üzvləri olaraq gənclərlə
bağlı həyata keçiriləcək bütün layihələrdə
onlara yaxından dəstək verəcək, həmyaşıdlarımızın
uğurları üçün əlimizdən gələni
edəcəyik. Çalışacağıq ki, bütün
dünya ölkələrinin gəncləri və beynəlxalq
səviyyəli gənclər təşkilatları bizim fəaliyyətimizdən
nümunə götürsünlər.
AzərTAc
Azərbaycan.-2013.- 6 mart.- S.4.