Avstriyalı qonaqlar Mərkəzi
Seçki Komissiyasında olmuşlar
Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyəti martın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.
MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, qonaqlar Azərbaycan Respublikasının seçki qanunvericiliyində prezident seçkiləri ilə bağlı tələblər, qarşıdan gələn seçkilərə hazırlıq və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanmışlar.
MSK sədri Azərbaycan Respublikasının seçki sistemi, müvafiq qanunvericilik, prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı görülən işlər və planlaşdırılan layihələrdən söz açmışdır. Sədr həmçinin hazırda davam edən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi barədə də qonaqlara məlumat vermişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 6 mart.- S.5.