Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici
işlər nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 6-da
Litva Respublikasının xarici işlər naziri Linas
Linkyeviçyusun başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
2013-cü
ildə Avropa İttifaqına sədrlik edəcək Litva
Respublikasının xarici işlər naziri Linas
Linkyeviçyus Avropa İttifaqının genişlənmə
və Avropa qonşuluq siyasəti üzrə komissarı
Ştefan Fülenin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə
Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin
inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın
Avropa İttifaqının Şərq Tərəfdaşlığı
Proqramı çərçivəsində əməkdaşlığı
ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət
başçısı Avropa İttifaqının genişlənmə
və Avropa qonşuluq siyasəti üzrə
komissarının salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Ştefan Füleyə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 7 mart.- S.1.