Azərbaycan ilə Litva arasında hərbi
sahədə əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Bakıda rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyi qeyd olunmuşdur. Hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələrin daha da möhkəmləndirilməsi barədə də ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdə
Azərbaycanın Vilnüsdəki və Litvanın
Bakıdakı səfirləri iştirak etmişlər.
Azərbaycan.-2013.- 7 mart.- S.1.