Frits NOYQEBAUER: Azərbaycan və Avstriya arasında münasibətlər
çox yüksək səviyyədədir
Azərbaycanda
keçirdiyimiz iki gün ərzində biz çoxlu sayda
yüksək səviyyədə görüş keçirdik.
Bunu jurnalistlərə müsahibəsində Avstriya Milli
Şurasının ikinci prezidenti
Frits Noyqebauer bildirmişdir.
Bakıya
böyük nümayəndə heyəti ilə gəldiyini
vurğulayan F.Noyqebauer ümidvar olduğunu bildirmişdir ki,
belə görüşlər həm parlamentlərarası əlaqələrin
inkişafına, həm də bütövlükdə Azərbaycan-Avstriya
əməkdaşlığına kömək edəcəkdir.
F.Noyqebauer
demişdir: "Azərbaycan və Avstriya arasında
münasibətlər həm dövlət
başçıları arasında, həm də hökumətlər
arasında çox yüksək səviyyədədir və
hesab edirik ki, parlamentlərarası münasibətlərimizin
inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır.
F.Noyqebauer
Avstriyanın Xocalı soyqırımını tanıması
imkanları barədə jurnalistlərin suallarına
cavabında qeyd etmişdir ki, Avstriya deputatları Avropa
Şurasının Parlament Assambleyası çərçivəsində
azərbaycanlı həmkarları ilə çox konstruktiv
müzakirələr aparırlar.
AzərTAc
Azərbaycan.-2013.- 7 mart.- S.1.