Hasilatı artırmaq üçün ən müasir texnologiyalar tətbiq edilir

 

BP-nin Bakıda keçirdiyi Texnologiya Forumu öz işini başa çatdırdı. Bu tədbir şirkətin ölkəmizdə işlədiyi yataqlarda uzun müddət tətbiq edəcəyi texnologiyaların müzakirəsinə həsr olunmuşdu. Bu məqsədlə Bakıya LondondanHyustondan BP-nin Kəşfiyyat və Hasilat Texnologiyaları Qrupunun rəhbər işçiləri və mütəxəssisləri gəlmişdilər.

Forum şirkətdaxili tədbir olsa da, BP-yə dünyada neft-qaz yataqlarının işlənməsi zamanı tətbiq etdiyi texnologiyalar sahəsindəki bilik və təcrübəsinin, innovativ planlarının nümayişi üçün imkan yaratdı. Forumun gedişində "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarında hasilatın həyata keçirildiyi proseslərdə şirkətin əsaslandığı texnologiyalar da müzakirə edildi.

Texnologiyalar Bakıdakı "Hilton" hotelində sərgiləndi. Ekspertlər dünya miqyasında tətbiq edilən bu aparıcı texnologiyalar haqqında geniş məlumat verdilər. Məlum oldu ki, həmin texnologiyaların bəziləri Azərbaycanda artıq müvəffəqiyyətlə tətbiq edilir. Qalanları isə göstəriciləri yaxşılaşdırmaqda potensial vasitə hesab olunur. Onların sırasına seysmik təsvirlərin qurulması, "Field of the future" ("Gələcəyin yatağı"), eləcə "Şahdəniz"in dərin laylarının, "Şəfəq-Asiman"ın işlənməsi üçün nəzərdə tutulan texnologiya layihələri daxildir.

BP-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qordon Birrel texnologiyaların müzakirəsi zamanı bildirdi ki, şirkətin bu sahəyə sərmayə qoymasının uzun tarixi var. Əgər Azərbaycanda seysmik təsvirlərin qurulması, uzaq məsafəyə qazılan quyuların layihələndirilməsi, qum təzahürləri ilə mübarizə üçün tamamlama vasitələri real vaxt rejimində quyuya nəzarət-müşahidə kimi ən müasir texnologiyalar tətbiq edilməsəydi, AÇG "Şahdəniz"də əldə edilmiş hasilat səviyyəsinə çatmaq mümkün olmayacaqdı. Məsələn, onlardan biri "Briqht water" ("Şəffaf su") texnologiyasıdır. Bu texnologiya laylara suyun vurulması zamanı sıxışdırma əmsalını yaxşılaşdırmaqla neft verimini artırmağa imkan yaradan, termik üsulla fəallaşan polimer vasitədən ibarətdir.

Q.Birrel bundan sonra tətbiq ediləcək texnologiyalardan da söhbət açdı dedi: "Biz ARDNŞ-nin, tərəfdaşlarımızın Azərbaycan hökumətinin əhəmiyyətli dəstəyinə arxalanmaqda davam edəcəyik. Hasilatla bağlı hədəflərimizə nail olmaq üçün bütün maraqlı tərəflərlə maksimum səmərəli işləməli olacağıq". 

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bu tədbiri yüksək dəyərləndirdi. O qeyd etdi ki, yataqların istismar edildikcə zəifləməsi təbii haldır. Məsələn, quyularda sulaşma baş verir, qum tıxacları əmələ gəlir. Belə hallarda köməyə yeni texnologiyalar gəlir. Lakin texnologiyaların özünün tətbiqi dərin bilik səriştə tələb edir. Başqa sözlə, texnologiyaların tətbiqinin özü daim nəzarətdə olmalıdır.

X.Yusifzadə BP-nin Azərbaycanda fəaliyyət göstərən ilk xarici şirkətlərdən olduğunu "Əsrin müqaviləsi" imzalanandan bəri ölkəmizdə böyük işlər gördüyünü vurğuladı. Qeyd etdi ki, indiyədək AÇG-dən 296 milyon ton neft çıxarılıb ki, bunun da 151 milyon tonu Azərbaycanın mənfəət neftidir. Həmin neftdən əldə olunan gəlir Azərbaycanın inkişafına, gələcəyinə sərf olunur. Akademik həmçinin bildirdi ki, BP son vaxtlar rastlaşdığı problemləri həll edir, vəziyyət düzəlir, yəni hasilat normal davam edir. O eləcə əməliyyatçı şirkətin bu istiqamətdə işləri ardıcıl aparacağına, hasilatla bağlı ortaya çıxan məsələlərin müvəffəqiyyətlə həll olunmasında sözügedən texnologiyalardan bacarıqla istifadə edəcəyinə əminliyini bildirdi.

"Hilton"un konfrans zalında nümayiş etdirilən stendlər burada quraşdırılmış displeydə verilən məlumatlar, ekspertlərlə aparılan söhbətlər BP-nin "portfel"indəki ən müasir texnologiyalar haqqında aydın təsəvvür yaratdı. Bunlar dünyada kəşfiyyat hasilat sənayesində aparıcı mövqeyə malik  texnologiyalardır. 

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 7 mart.- S.1.