Bakı Dövlət Universitetində «Fəlsəfə sosial elmlərin aktual problemləri» mövzusunda respublika seminarının ilk iclası olmuşdur

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) təşkil edilən "Fəlsəfə sosial elmlərin aktual problemləri" mövzusunda respublika seminarının ilk iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, tanınmış alimlərin, mütəxəssislərin iştirak etdikləri seminarda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində dünyaya tanınmasında əvəzsiz xidmətlərindən danışmışdır. Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var! Azərbaycan xalqı xoşbəxtdir ki, onun ümummilli lideri var!

Ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan A.Məhərrəmov ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Rektor dahi rəhbər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar geniş hazırlıq tədbirləri görüldüyünü diqqətə çatdırmışdır. A.Məhərrəmov, eyni zamanda, mövzunun əhəmiyyətindən bəhs etmişdir. 

BDU-nun kafedra müdiri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova "Heydər Əliyev irsi Azərbaycanda fəlsəfə sosial elmlərin vəzifələri, problem perspektivləri" mövzusunda məruzə etmişdir.

Professor R.Aslanova müasir Azərbaycan dövlətinin banisi qurucusu, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, elmin, təhsilin, fəlsəfənin inkişafına göstərdiyi böyük diqqət qayğıdan danışmışdır. Bildirmişdir ki, bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi, milli intellektual elmi inkişaf strategiyasında da çox böyük uğurlar əldə etmişdir. Çünki bu strategiyanın təməli dahi rəhbər, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Qeyd edilmişdir ki, Heydər Əliyevin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə aparılan təhsil islahatları nəticəsində ölkədə yeni ali təhsil müəssisələri yaradılmış, ali məktəblərdə yeni ixtisaslar açılmışdır. Ali təhsil ocaqlarında oxuyan gənclərin sayı qat-qat artmışdır. Xeyli sayda azərbaycanlı gənc digər respublikaların ali məktəblərində təhsil almağa göndərilmişdir. Bütün bunlar Heydər Əliyevin elmə, təhsilə göstərdiyi xüsusi diqqətin nəticəsində mümkün olmuşdur.

R.Aslanova 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra dahi rəhbərin Azərbaycan dövlətinin hansı elmi əsaslar üzərində yüksəlməsi ilə bağlı fikirlərinin tövsiyələrinin əhəmiyyətini diqqətə çatdırmışdır.  

Ümummilli liderin elmə, təhsilə göstərdiyi böyük qayğıdan bəhs edən R.Aslanova müdrik rəhbərin bu sahələrlə bağlı mühüm dövlət sənədləri imzaladığını xatırlatmışdır. Məhz imzalanan həmin sənədlərin bəhrəsidir ki, bu gün Azərbaycan elmi, təhsili uğurla inkişaf edir.

Məruzəçi ulu öndər Heydər Əliyevin milli elmi elitanın formalaşdırılması məsələsini çox vacib hesab etdiyini bildirmişdir.  

Ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayan R.Aslanova dövlət başçısının elm təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanda müvafiq sahələrin inkişafı üçün geniş imkanlar şərait yaradılmış, mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkəmizdə elmin ayrı-ayrı sahələrinin inkişafına mühüm diqqət göstərildiyini qeyd edən professor R.Aslanova Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "İctimai humanitar elmlər: zaman kontekstində baxış" məqaləsinin əhəmiyyətindən danışmışdır.

Fəlsəfə sosial elmlər barədə fikirlərini bildirən məruzəçi bu sahədəki problemlər qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Professor R.Aslanova müvafiq elm sahəsi üzrə yeni elmi əsərlərin yazılmasının, yeni elmi ideyaların inkişaf etdirilməsinin  vacibliyindən bəhs etmişdir.  

Sonra "Heydər Əliyev: Azərbaycanda elmin inkişafı", "Heydər Əliyevin tövsiyələri və islam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi məsələləri", "Azərbaycanın milli inkişafında Heydər Əliyevin siyasi strateji konsepsiyası" və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 7 mart.- S.2.