Azərbaycanın zəngin incəsənətinin beynəlxalq aləmdə tanınması qürurvericidir

 

Azərbaycanın zəngin incəsənətinin beynəlxalq aləmdə tanınması qürurvericidir.

Bu sözləri Böyük Britaniyanın məşhur "Sotheby" hərrac evində "Yol ayrıcında" adlı satış-sərgidə təmsil olunan azərbaycanlı rəssam Aydan Salahova müsahibəsində demişdir.

Rəssam bildirmişdir ki, ölkəmizin incəsənətinin beynəlxalq sərgilərdə təmsil olunması və Azərbaycanın beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi təqdirəlayiqdir. İncəsənətimizi tanımağa başlayan insanlar ona böyük maraq göstərirlər. Bu, həm ölkəmizi, həm də incəsənətimizi təmsil edən insanlar üçün böyük fəxrdir.

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

 

Azərbaycan.-2013.- 7 mart.- S.7.