ABŞ-ın İndiana
ştatı Azərbaycan Respublikası ilə əməkdaşlığa
dair qətnamə qəbul etmişdir
ABŞ-ın
İndiana ştatının Baş Assambleyası Azərbaycan
ilə Birləşmiş Ştatlar arasında əməkdaşlığa
dair qətnamə qəbul etmişdir. Qətnamənin mətnində
Azərbaycanın müstəqillik əldə etdikdən sonra
21 il ərzində ABŞ-ın həm regional, həm də
qlobal arenada önəmli strateji əməkdaşına
çevrilməsindən, ölkəmizdə 100-dən
artıq Amerika şirkətinin uğurlu fəaliyyətindən
bəhs edilir. Həmçinin Azərbaycanın Şərqi
Avropada ABŞ-ın ən önəmli müttəfiqlərindən
biri olduğu, NATO-nun Əfqanıstanda apardığı
terrorizmə qarşı mübarizə əməliyyatlarında
bu ölkənin sadiq dəstəkçisi olduğu bildirilir.
Xatırladaq ki, son zamanlar Azərbaycan ilə ABŞ
arasında əməkdaşlığa dair bir neçə qətnamə
qəbul edilmişdir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 8 mart.- S.7.