«Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli fərmanını "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 449-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 386; 2002, ¹ 1, maddə 14; 2006, ¹ 9, maddə 743, ¹ 11, maddə 943; 2007, ¹ 11, maddə 1115; 2008, ¹ 1, maddə 8, ¹ 6, maddə 498; 2010, ¹8, maddə 723) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci bənddə "7-ci maddəsinin ikinci hissəsində" sözlərindən sonra "və üçüncü hissəsində ikinci halda" sözləri əlavə edilsin.

2. Onuncu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on birinci bənd əlavə edilsin:

"həmin qanunun 7-ci maddəsinin üçüncü hissəsində birinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti orqanları ilə birgə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan.-2013.- 10 mart.- S.1.