2013-cü il
fevralın 8-də Bakı şəhərində
imzalanmış «Azərbaycan Respublikası hökuməti və
Serbiya Respublikası hökuməti
arasında informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş»in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Serbiya Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2013-cü il
Azərbaycan.-2013.- 10 mart.- S.1.