2013-cü il
fevralın 6-da Bakı şəhərində imzalanmış
«Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xorvatiya
Respublikasının Müdafiə Nazirliyi
arasında müdafiə sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il fevralın 6-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xorvatiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
anlaşma memorandumunun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Xorvatiya
Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2013-cü il
Azərbaycan.-2013.- 10 mart.- S.1.