2012-ci il sentyabrın 28-də Yalta şəhərində
Azərbaycan Respublikası hökuməti tərəfindən
qeyd-şərtlə imzalanmış «Müstəqil Dövlətlər
Birliyində malların mənşə ölkəsinin təyin
edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli
sazişə dəyişikliklər edilməsi barədə
Protokol»un təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokol" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu fərmanın 1-ci hissəsində göstərilən protokolun həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 mart 2013-cü il
Azərbaycan.-2013.- 10 mart.- S.1.