İtaliya qəzetində Romada
«Bakıya uçuş» sərgisinin
açılışına həsr olunmuş məqalə dərc edilmişdir
İtaliyanın
nüfuzlu "Messacero" qəzetinin əlavəsi olan
"Kronaka di Roma"nın 7 mart tarixli nömrəsində
Romada "Bakıya uçuş" sərgisinin
açılışına həsr olunmuş məqalə dərc
edilmişdir.
Jurnalist
Roberta Petroniyanın "Yüz
əsər. "Maxxi"də Azərbaycana
həsr olunmuş
"Bakıya uçuş"
sərgisinə gələn
çoxlu sayda insan. İncəsənət yüksəlişdə" sərlövhəli məqaləsində
vurğulanır ki, incəsənət, heç
şübhəsiz, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın vizit kartıdır. Məqalədə deyilir:
"Azərbaycanın incə
zövqə malik birinci xanımı şəhərimizin ritminə
uyğun gələn
o böyük tabloda yeni zirvə fəth etmək üçün qayıtmışdır.
Bu tablonun mərkəzində
həmişə onun ölkəsi və paytaxtı nümayiş etdirilir. Birinci sırada həmişə
öz müasirliyi və səmimiliyi ilə seçilən o, -
Heydər Əliyev Fondunun prezidenti öz qızı ilə - Moskvada siyasət və beynəlxalq münasibətlər
üzrə magistr dərəcəsi almış,
illüstrasiyalı "Baku" jurnalının baş redaktoru, Fondun vitse-prezidenti və ilk növbədə rəssam
olan Leyla Əliyeva ilə yanaşı dayanır.
Leylanın kağız üzərində
qrafika üslubunda çəkdiyi "Kölgə"
əsəri dünən
Maxxi kompleksinin D salonunda açılmış
"Bakıya uçuş"
sərgisinin ümumi mənzərəsi fonunda seçilir. Musiqi, xalq yaradıcılığı
və arxeologiyadan sonra növbə Azərbaycan incəsənətinə
çatmışdır: iyirmi
bir rəssam öz əsərlərini
nümayiş etdirmişdir.
Bu əsərlər Berlin, Moskva
və Londonda təşkil edildikdən sonra Romaya gəlmiş
və daha sonra Vyanaya üz
tutacaq bu mobil sərgidəki heykəltəraşlıq kompozisiyaları
və videomateriallar ilə müşayiət olunmuşdur".
Sərginin müvəffəqiyyət qazandığını vurğulayan
müəllif yazır:
"Mehriban xanım və Leyla xanım
Əliyevalar həmin axşam Quido Reni küçəsinə gəldilər
və Maxxi Fondunun prezidenti Ciovanna Melandri, Maxxinin incəsənət
üzrə direktoru
Anna Mattirolo və arxitektura üzrə direktoru Marqarita Quççiona tərəfindən
qəbul edildilər.
Parterdə kolleksiyaçılar və Roma ictimaiyyətinin
elitası - prodüserlər
Pyetro Valsekki, Kamilla Nesbitt, Lamberto Dini, Maddalena Letta, incəsənət tarixçisi Klaudio Strinati və xanımı Annaroza Mattey, Franko Tato və
Sonya Raule, Alessandro Çerazi
Barillari və nəhayət, stilist Renato Balestra toplaşmışdılar. Teatr
və kino dünyasını rejissor
Corcio Ferrara, Ornella Muti, Karolina Kreşentini,
Pamela Villorezi, habelə
Rodolfo Korsato, Klaudiya Dzanella, İvano de Matteo, Entso Monteleone,
Çeçiliya Dzanuso,
Toni Trupiya və Françesko Fiqus kimi bir çox
başqa aktyor və aktrisalar təmsil edirdilər".
İtaliya jurnalisti daha sonra yazır: "İlkin nümayişin bütün qonaqları üçün qırmızı
və ağ şərab, habelə muzeyin düz həyətində, sobada kömür üzərində
hazırlanmış təzə
pitssa birlikdə operativ təşkil edilmişdi.
Heydər Əliyev Fondu və Azərbaycan səfirliyi tərəfindən
Sent-Recisdə böyük
zövqlə təşkil
edilmiş qəbul gecənin davamı olmuşdur.
Qəbula
gəlmiş yüz əlli dəvətli beşulduzlu otelin binasına daxil olmuşdur: onları canlı musiqi, çiçəklər və
... şamlar qarşılamışdır.
Qonaqları birinci xanım Mehriban Əliyeva və Azərbaycanın Romadakı səfiri Vaqif Sadıxov salamlayırdılar. İtaliya mətbəxi şərəfinə
bizim təamlar təklif edilmişdi: brezaola (mal ətindən basdırma) və kaprino (keçi əti), öz dərisində bişirilmiş
lavrak balığı
və əla növ şərablar.
Gecədə iştirak edənlər
arasında Azərbaycanın
tanınmış simaları,
beynəlxalq incəsənət
əsərlərinin kolleksiyaçıları,
akademik dairələrin
və İtaliya
mədəniyyətinin nümayəndələri,
habelə Emin Məmmədov ilə birlikdə sərginin kuratoru Erve Mikaeloff
olmuşdur".
AzərTAc
Azərbaycan.-2013.- 10 mart.- S.2.