Brüsseldə «Avropa
İttifaqı və Azərbaycan: irəliyə gedən yol» mövzusunda konfrans keçirilmişdir
Brüsseldə Avropa Siyasət Mərkəzində "Avropa İttifaqı və Azərbaycan: irəliyə gedən yol" mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanın və Aİ-nin ekspertlərinin iştirak etdikləri konfransda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi F.Lefor, Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi D.Daniilidis, LİNKS beynəlxalq qeyri-hökumət təşkilatının direktoru D.Sammut çıxış etmişlər.
Aİ institutlarının nümayəndələrinin və diplomatik heyətin böyük marağına səbəb olan bu tədbirdə ölkəmizin Aİ ilə münasibətləri və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Münaqişənin həlli prosesindən danışan G.Paşayeva əsas diqqəti məsələnin humanitar aspektinə yönəldərək Dağlıq Qarabağdan zorla qovulmuş insanların geri qayıtmasının əhəmiyyətini vurğulamışdır.
F.Lefor
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mürəkkəbliyinə
baxmayaraq həlli mümkünsüz bir münaqişənin
olmadığını vurğulamış, bu xüsusda məsələnin
hər iki tərəfinin Madrid prinsiplərinə əməl
etməsinin vacibliyini və mövcud status-kvonun dəyişməsinin
əhəmiyyətini qeyd etmişdir. Brüsselə səfəri
çərçivəsində G.Paşayeva və mərkəzin
xarici siyasət məsələlərinin təhlili
şöbəsinin elmi işçisi Zaur Şiriyev Avropa Siyasət
Mərkəzi ilə yanaşı, Brüsseldə fəaliyyət
göstərən digər nüfuzlu "beyin mərkəzləri",
o cümlədən Təhlükəsizlik və Müdafiə
Agentliyi və Egmont İnstitutunda ikitərəfli
görüşlər keçirmiş, SAM-in bu qurumlarla gələcək
əməkdaşlıq imkanlarını müzakirə
etmişlər.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi
müxbiri
Brüssel
Azərbaycan.-2013.- 10 mart.- S.3.