Uğurun təməli işin başlanğıcında qoyulur

 

Ölkəmizin sosial-iqtisadi yüksəlişi Qax rayonunun timsalında da aydın görünür. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında (2009-2013-cü illər) rayonla bağlı nəzərdə tutulmuş 22 bənddən ibarət tədbirlərin uğurlu icrasının nəticəsidir ki, abadlıq-quruculuq işlərinin genişlənməsilə yanaşı, əhalinin rifahı da əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Rayon iqtisadiyyatının dinamik inkişafı nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsində mühüm rol oynayır. Qeyd etmək yerinə düşər ki, təkcə ötən il 449-u daimi olmaqla 519 yeni yeri açılıb.

Görülən işlər sırasında Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının, kəndlərdə sahə baytarlıq məntəqələrinin, yeni tədris ocaqlarının, səhiyyə obyektlərinin, süd emalı və qum-çınqıl müəssisələrinin, yeni körpülərin, beton bəndlərin tikilib istifadəyə verilməsini qeyd etmək olar. Rayonda kəndlərin qazlaşdırılması davam etdirilir, yeni artezian quyuları qazılır, yollara  asfalt döşənir, yeni toxumçuluq təsərrüfatları yaradılır.

Ölkə rəhbərinin 21 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılmış iki milyon manat vəsait hesabına Qax şəhərinin mərkəzinin qədim hissəsindəki prospekt və küçələrdə əhəmiyyətli təmir-bərpa işləri görülüb. Bunun nəticəsidir ki, şəhərin Azərbaycan və Heydər Əliyev prospektləri, İmam Mustafayev, Molla Vəli Vidadi, 28 May, Qaçaq Nəbi və Füzuli küçələri öz millimüasir görkəmi ilə göz oxşayır. Heydər Əliyev parkında yenidənqurma işləri davam edir. İnzibatikommunal binalarda, həmçinin təhsil və mədəniyyət ocaqlarında əsaslı və cari təmir işləri aparılır. Daxili investisiya qoyuluşu hesabına şəhərdə 75 yerlik uşaq bağçasının tikintisi, şəhər 3 nömrəli və Almalı kənd uşaq bağçalarının əsaslı təmiri, o cümlədən Əmbərçay kəndində 80 yerlik ümumi orta məktəb binasının inşası başa çatdırılıb. Hazırda dövlət vəsaiti hesabına rayon təhsil şöbəsinin inzibati binasının tikintisi davam edir. Bu il 830 yerlik şəhər 4 nömrəli tam orta məktəb binasının əsaslı təmir işlərinə də başlanılacaqdır.

İdman kompleksində, Heydər Əliyev Mərkəzində, FHN-in rayon dövlət yanğından mühafizə hissəsinin yeni inzibati binasında, Qaxbaş kəndi ərazisindəki 40 mənzilli doqquzmərtəbəli yaşayış binasında, bir neçə istirahət kompleksində, hotelmehmanxanalarda tikinti işləri  keyfiyyətlə davam edir. Qeyd edək ki, keçən il rayonda 81 fərdi yaşayış evi və 17 sahibkarlıq obyekti olmaqla, ümumilikdə 98 fərdi tikinti işləri görülüb.

2012-ci ildə ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Qax rayonunun da bəzi kəndlərində yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan dəymişdir. Ümumilikdə isə zəlzələ nəticəsində ziyan dəymiş 74 sosial-infrastruktur obyektindən 19-na qəzalı, 13-nə bərpa-gücləndirmə, 29-na təmir və 13-nə qənaətbəxş olması barədə rəy verilmişdir. Ziyan çəkmiş ailələrə 1491 ədəd çadır paylanıb. Müvafiq komissiya hazırda da bu sahədə işini davam etdirir.

Qax RİH-dən aldığımız məlumata görə, artıq qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərində və sosial infrastruktur obyektlərində FHN tərəfindən aparılan tikinti işləri başa çatmaq üzrədir. 40 yerlik Ləkit-Kötüklü, 220 yerlik Qorağan, 80 yerlik Meşəbaş, 120 yerlik Meşəbaş, 120 yerlik Dəymədağlı, 100 yerlik Lələpaşa, 100 yerlik Lələli və 240 yerlik Zərnə kənd məktəblərinin yeni binaları artıq istifadəyə verilib. 100 yerlik Güllük kənd ümumi orta məktəbinin binası isə əsaslı təmir olunub və əlavə 2 korpus tikilərək 9 sentyabr 2012-ci il tarixdən qapılarını şagirdlərin üzünə açıb. Güllük kənd ümumi orta məktəbinin yeni binasının və korpuslarının açılış mərasimində ölkə Prezidenti İlham Əliyev iştirak edib.

420 şagirdlik Ləkit və 300 yerlik Güllük kənd tam orta məktəb binalarında isə tikinti işləri davam edir.

Rayon üzrə qəzalı hala düşmüş 556 fərdi yaşayış evindən 325-i sökülərək yenidən tikintisinə başlanılmış və həmin evlərdən artıq 267-də işlər başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. 58 evdə isə tikinti işlərinin tezliklə başa çatdırılması gözlənilir.

Rayonda sahibkarlığın inkişafı və yeni yerlərinin açılması məqsədilə 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 23 layihə üzrə 338 min manat güzəştli kredit verilib. Dövlətin dəstəyini yüksək qiymətləndirən sahibkarlar çalışırlar ki, qazanılan uğurlarda onların da əməyi çox olsun.

Bütün ölkə üzrə prioritet hesab edilən qazlaşdırmaya Qax rayonunda da ciddi fikir verilir. Ötən il Qax şəhərinin yeni yaşayış massivində və Qax kəndinin genişləndirilmiş hissəsində 30 kilometrlik əraziyə təbii qaz xətti çəkilib. Əlibəyli kəndində 462, Dəymədağlıda isə 162 ev qazlaşdırılıb. Ağçay kəndində daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi başa çatıb, 100-ə yaxın mənzil qazlaşdırılıb. Almalı, Cəlayir, İlisuSotavar kəndlərində də müvafiq işlər görülür. Şəhərin Heydər Əliyev prospektində isə 1500 metr uzunluğunda yeni qaz xətti istifadəyə verilib.

Qıpçaq, Ləkit, Zərnə, Güllük və Qapıçay kəndlərinin qazlaşdırılması üçün texniki şərtlər verilib və tezliklə qazlaşdırma işlərinə başlanılacaqdır.

Əhəmiyyətli məsələlərdən biriQax şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması, Qaxbaş, Qax-İngiloy kəndlərini və Qax şəhər əhalisini içməli su ilə təmin edəcək yeni su xəttinin çəkilişinin davam etdirilməsidir.

Görülən işlərə əsasən demək olar ki, dövlətin yüksək qayğısı Qax rayonunun da hərtərəfli inkişafına əsaslı zəmin yaradır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 10 mart.- S.5.