Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin təkbətək
görüşü
Azərbaycan
Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri
Rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya
Prezidenti İvo Yosipoviçin təkbətək
görüşü olmuşdur.
İkitərəfli əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya budəfəki rəsmi səfərinin münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir.
Görüşdə
beynəlxalq və regional məsələlərlə
bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 12 mart.- S.1.