Geniş tərkibdə görüş
Azərbaycan Prezidenti İlham Əliyevin
Xorvatiyaya rəsmi səfəri
Təkbətək
görüş başa çatdıqdan sonra Azərbaycan
Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo
Yosipoviçin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Xorvatiya
Prezidenti İvo Yosipoviç əlaqələrimizin siyasi,
iqtisadi, mədəni sahələrdə uğurla inkişaf
etdiyini bildirdi. İqtisadi sahədə əlaqələrimizin
inkişafı üçün yaxşı potensialın
olduğunu deyən Prezident İvo Yosipoviç enerji, mədəniyyət
və turizm sahələrində münasibətlərin
genişləndirilməsinin vacibliyini vurğuladı.
İvo
Yosipoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində
həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini
bildirdi.
Azərbaycana
səfərini məmnunluqla xatırlayan İvo Yosipoviç
xalqımızın qədim tarixə və zəngin mədəniyyətə
malik olduğunu bildirdi və həmin səfərdən zəngin
təəssüratlarla ayrıldığını qeyd etdi.
Prezident
İlham Əliyev bildirdi ki, Azərbaycan-Xorvatiya əməkdaşlığı
siyasi, iqtisadi və digər sahələrdə inkişaf edir.
Dövlət
başçısı ölkələrimiz arasında iqtisadi
əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın
yeni sahələrinin müəyyən edilməsinin önəmini
vurğuladı.
Enerji
sahəsində fəal əməkdaşlığın
olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki,
Avropanın enerji təhlükəsizliyinə töhfə verən
Azərbaycan ilə Xorvatiya arasında bu sahədə əlaqələrin
genişləndirilməsi vacibdir.
Nəqliyyat
sahəsində əlaqələrin perspektivlərinin yüksək
olduğunu deyən Prezident İlham Əliyev mədəniyyət
və turizm sahələrində əməkdaşlığın
inkişaf etdiyini və yeni layihələrin həyata
keçirilməsinin
planlaşdırıldığını bildirdi.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı
məlumat verən Prezident İlham Əliyev Ermənistanın
Azərbaycana təcavüzünün davam etdiyini bildirdi, beynəlxalq
hüquq normalarına məhəl qoymayan Ermənistanın
münaqişənin həlli ilə bağlı
qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini söylədi.
Prezident
İlham Əliyev qarşılıqlı investisiyaların
qoyulması baxımından ölkələrimiz arasında fəal
əməkdaşlığın olduğunu dedi və gələcəkdə
konkret layihələrin həyata keçirilməsinin
vacibliyini vurğuladı.
Görüşdə
ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə
əminlik ifadə edildi.
AzərTAc
Azərbaycan.-2013.- 12 mart.- S.1;2.