Azərbaycan və Xorvatiya
respublikaları arasında strateji tərəfdaşlıq və dostluq
münasibətləri haqqında Zaqreb Bəyannaməsi
imzalanmışdır
Azərbaycan
Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri
Martın
11-də Prezident İlham Əliyevin və Prezident İvo
Yosipoviçin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü başa çatdıqdan sonra Azərbaycan
Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq
və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi
imzalanmışdır. Bəyannaməni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç
imzaladılar.
AzərTAc
Azərbaycan.-2013.- 12 mart.- S.2.