Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri

 

Prezident İvo Yosipoviçin bəyanatı

 

- Cənab Prezident Əliyev!

 

Xanımlar və cənablar!

İlk öncə, bir daha qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini burada səmimi qəlbdən salamlayıram.

Bu gün biz prezidentlərin bəyannaməsinə imza atdıq ki, bu da dövlətlərimiz arasında gözəl münasibətlərin olmasından xəbər verir. Biz xüsusən iqtisadi münasibətlərimizin daha da gücləndirilməsinə dair istəyimizi ifadə etdik. Bunun üçün böyük potensial mövcuddur. Hər iki tərəf bu məsələdə maraqlıdır və iqtisadi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı perspektivlər vardır. Bu baxımdan enerji, infrastruktur layihələri, turizm və kənd təsərrüfatı sahəsində imkanlar mövcuddur. Bununla bərabər, elm, təhsil kimi digər sahələr də vardır. Bizim hökumətlərimiz arasında bu gün imzalanacaq razılaşmalar və memorandum bəyannamənin praktiki həyata keçirilməsinin göstəriciləridir. Bu münasibətlə də Sizi təbrik edirəm. Eyni zamanda, Xorvatiyanın öz daimi diplomatik nümayəndəliyini Bakıda açması olduqca vacibdir ki, bu da hər iki ölkənin şirkətlərinin uğurlu fəaliyyətinə bilavasitə təsir edəcəkdir.

Çox şadam ki, Prezident Əliyevin və mənim Azərbaycanda işləməkdə maraqlı olan xorvat iş adamları ilə görüşmək imkanımız olacaqdır. Prezident Əliyevi Azərbaycanın biznes icmasının nümayəndələri müşayiət edirlər və inanıram ki, bu görüş iqtisadi əməkdaşlığımızı möhkəmləndirmək üçün yaxşı imkandır. Bütün bu şirkətlərin üstünlük verdikləri sahələr, səlahiyyətləri, müvafiq beynəlxalq təcrübəsi və mühüm biznes uğurları vardır.

İmzalanan sazişlər çox vacibdir. Xüsusilə iqtisadi əməkdaşlığa dair sazişi vurğulamaq istərdim. Eyni zamanda, bir sıra sazişlər imzalanıb ki, onlar da bizim vətəndaşlarımız arasında daha sıx və möhkəm əlaqələr yaradacaq və bir-birimizi daha da yaxından tanımağa kömək edəcəkdir.

Təbii ki, biz yerləşdiyimiz regiondakı vəziyyəti də müzakirə etdik. Həm Azərbaycan, həm Xorvatiya ciddi problemlərin mövcud olduğu regionda yerləşirlər. Hər iki dövlət həm Qafqazda, həm də Xorvatiyanın cənub-şərqində sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Xorvatiya Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Biz beynəlxalq hüquq normalarının tətbiqinin və sülh yolu ilə həllinin tərəfdarıyıq. Buna görə biz konstruktiv olmağa səylər göstəririk, biz dialoq, kompromis və regional əməkdaşlıq tərəfdarıyıq. Bu cür yanaşma ilə biz vəziyyətin gələcəkdə daha da sabitləşməsinə töhfəmizi vermək istəyirik.

Həmçinin bildirmək istəyirəm ki, Avropa İttifaqının genişləndirilməsi prosesi Xorvatiya üçün çox vacibdir. Biz qonşularımızı hərtərəfli dəstəkləyirik. Biz, həmçinin Azərbaycanı mühüm dost, tərəfdaş və Xorvatiyanın daha yaxından əməkdaşlıq etmək istədiyi ölkə kimi görürük.

Cənab Prezident, Xorvatiyaya səfərinizə görə təşəkkür edirəm.

 

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.

 

* * *

 

Azərbaycan Televiziyasının müxbiri Yunis ORUCOV: Sualım hər iki prezidentədir. Cənab prezidentlər, siz qarşılıqlı investisiyaların qoyulması ilə bağlı məsələni qeyd etdiniz. Bilmək olarmı ki, ölkələrimiz arasında yaxın gələcəkdə investisiyaların qoyulması ilə bağlı hansı konkret layihələrin həyata keçirilməsi planlaşdırılır?

Prezident İlham ƏLİYEV: Bu gün biz əlbəttə ki, bu barədə danışdıq gələcəkdə daha da konkret danışıqlar aparılacaqdır. İlk növbədə, turizm infrastrukturuna Azərbaycan investisiyalarının qoyulması nəzərdə tutulur. Bu sahədə artıq ilkin araşdırmalar aparılmışdır. Xorvatiyanın çox zəngin turizm imkanları, çox gözəl təbiəti vardır əlbəttə ki, bu sahə çox cəlbedicidir.

Ancaq bu gün danışıqlar əsnasında biz belə fikrə gəldik ki, gərək fəaliyyətimizi təkcə bu sahə ilə məhdudlaşdırmayaq. Digər sahələrə Azərbaycan investisiyalarının qoyuluşu, hesab edirəm ki, çox vacib ola bilər. Xüsusilə yüksək texnologiyalara investisiyaların qoyuluşu nəzərdə tutula bilər. Çünki Azərbaycanda da bu sahə indi çox sürətlə inkişaf edir. Sənaye istehsalının inkişafına, daşınmaz əmlaka investisiyalar qoyula bilər. Əlbəttə, enerji sektoruna, xüsusilə bayaq qeyd etdiyim kimi, Azərbaycan qazını Avropaya nəql etmək üçün icra olunan layihələrin nəticəsi buna imkan yaradacaqdır. Yəni, bir çox sahələrə Azərbaycan investisiyaları qoyula bilər bütün bu məsələlər, yenə demək istəyirəm ki, yaranmaqda olan birgə hökumətlərarası komissiyanın işi olacaqdır bu investisiyalar qarşılıqlı razılıq əsasında qoyulacaqdır.

Prezident İvo YOSİPOVİÇ: Prezident Əliyevin dedikləri ilə tam razıyam. Əlavə etmək istərdim ki, Xorvatiya enerji infrastruktur sahələrində əməkdaşlıqda olduqca maraqlıdır. Eyni zamanda, Xorvatiyanın Azərbaycana çoxlu təklifləri vardır. Buraya, ilk növbədə, bizim gəmiqayırma gəmi təmiri zavodlarımız daxildir ki, bu sahədə imzalanan sazişlərin tezliklə icrasına başlanacaqdır. Digər tərəfdən, dəmir yolu əlaqəsinə dair infrastruktur layihələri vardır. Xorvatiya çox gözəl vaqonlar istehsal edir. Bu da bizim danışıqlarda mövzulardan biri olub. İstərdim qeyd edim ki, bu görüş xorvat parlamentində təşkil olunan görüş, həmçinin işgüzar dairələrin görüşü üçün hazırlıqlar zamanı böyük həcmdə aparılıb. Zəngin proqram hazırladıqlarına görə hökumətlərə nazirliklərə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu proqram əməkdaşlığın konkret istiqamətləri üzrə səmərə verəcəkdir.

Azad Avropa Radiosunun müxbiri Eni SEBİÇ: Sualım hər iki prezidentədir, ilk növbədə, Azərbaycan Prezidentinə. Azərbaycan Xorvatiyada böyük həcmdə sərmayələrlə təmsil olunur. Avropanın bu regionuna sərmayə qoyuluşu nöqteyi-nəzərindən Azərbaycanın əsas marağı nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Mən hesab edirəm ki, birinci suala cavab verərkən bu suala da qismən cavab verdim. Yenə demək istəyirəm ki, Azərbaycan investisiyaları bu gün həm ölkə daxilinə, həm ölkə xaricinə qoyulur. Əgər Azərbaycana qoyulan investisiyaların həcminə nəzər salsaq görərik ki, son bir neçə il ərzində bu investisiyalar təqribən 15-20 milyard dollar ətrafındadır. Keçən il Azərbaycan iqtisadiyyatına 22 milyard dollar sərmayə qoyulmuşdur, onlardan 15 milyardı daxili investisiyalardır.

Azərbaycanın indi öz investisiyalarını başqa ölkələrə qoymaq üçün çox işlək mükəmməl vasitə vardır. Bu da Azərbaycan Dövlət Neft Fondudur. Deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Fondu suveren fondlar arasında ən yüksək diqqətə qiymətə layiqdir, ən şəffaf fonddur bütün beynəlxalq təşkilatlar bunu qeyd edir. Bu fond vasitəsilə artıq Azərbaycan müxtəlif ölkələrə öz investisiyalarını qoymağa başlamışdır. Bu investisiyalar da çoxşaxəlidir. Onların arasında daşınmaz əmlaka, şirkətlərin səhmlərinə sənaye müəssisələrinin yaradılmasına qoyulan investisiyalar vardır.

O ki qaldı Xorvatiyaya qoyulan qoyulacaq investisiyalarla bağlı məsələlərə, bu məsələlər indi araşdırılır. Qeyd etdiyim kimi, turizm, infrastruktur, yüksək texnologiyalar, sənaye istehsalı sahələri diqqəti cəlb edir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan investisiyaları dost ölkələrə göndərilir. Bu, bizim siyasətimizdir. Hər bir ölkə yəqin ki, eyni mövqe sərgiləyir Xorvatiya bizim üçün dost ölkədir, dostluğumuz möhkəmdir. Hər iki tərəfin razılığı ilə investisiyalar qoyulacaqdır. Əminəm ki, gələcək illərdə bu investisiyalar böyük həcmlərlə ölçüləcəkdir.    

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 12 mart.- S.2.