Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya parlamentinin sədri Yosip Leko ilə
görüşmüşdür
Azərbaycan
Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri
Xorvatiya
Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 11-də
parlamentin sədri Yosip Leko ilə
görüşmüşdür.
Görüşdə
ölkələrimiz arasında münasibətlərin
müxtəlif sahələrdə uğurla inkişafından
məmnunluq ifadə olundu, qarşılıqlı səfərlərin
önəmi vurğulandı. Bildirildi ki, Azərbaycan Prezidenti
İlham Əliyevin Xorvatiyaya bu səfəri əlaqələrimizin
daha yüksək səviyyəyə
çatdırılmasına töhfəsini verəcəkdir.
Həmçinin parlamentlərarası əməkdaşlığın
və dostluq qruplarının fəaliyyətinin ikitərəfli
əlaqələrin möhkəmlənməsinə təkan
verdiyi vurğulandı. Diqqətə çatdırıldı
ki, Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrin
inkişaf etdirilməsi üçün yaxşı potensial
vardır.
Görüşdə
ölkələrimiz arasında əməkdaşlığın
bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə
olundu.
AzərTAc
Azərbaycan.-2013.- 12 mart.- S.3.