«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710;
2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə 16;
2005, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908;
2007, № 11, maddələr 1049,
1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə
611; 2010, № 4, maddə 265) aşağıdakı məzmunda
24-1-ci maddə əlavə edilsin:
"Maddə
24-1. İanələr və qrantlar
24-1.1.
İanə - qeyri-hökumət təşkilatının
qarşısında hər hansı məqsədə nail olmaq
vəzifəsi qoymadan ona bu qanunla nəzərdə tutulmuş
qaydada maliyyə vəsaiti şəklində və (və ya)
başqa maddi formada verilən yardımdır.
24-1.2.
Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd
edilən ianə müqabilində, ianə verən şəxsə
və ya hər hansı digər şəxsə birbaşa,
yaxud dolayı yolla maddi və sair nemət, hər hansı
imtiyaz və ya güzəşt verə, belə təkliflə
çıxış edə və ya belə vəd verə
bilməz.
24-1.3.
Qeyri-hökumət təşkilatına ianə verən şəxs
verdiyi və ya verəcəyi ianə müqabilində
özü və ya üçüncü şəxslər
üçün birbaşa, yaxud dolayı yola maddi və sair
nemət, hər hansı imtiyaz və ya güzəşt tələb
edə və ya qəbul edə bilməz, belə təklifə
və ya vədə razılıq verə bilməz.
24-1.4.
İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının
bank hesabına köçürmə yolu ilə qəbul
edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi
xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı
iki yüz manatadək ianəni nağd şəkildə qəbul
edə bilər.
24-1.5.
Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin
məbləği və ianəni vermiş şəxslər
barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti
orqanına təqdim olunan maliyyə hesabatına daxil edlilir.
24-1.6.
Qrantların verilməsi, alınması və istifadəsi ilə
bağlı iqtisadi və hüquqi münasibətlər
"Qrant haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 fevral
2013-cü il
Azərbaycan.-2013.- 12 mart.- S.4.