«Qrant haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
"Qrant haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹6, maddə 366; 2001, ¹12, maddə 736; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə 1; 2009, ¹8, maddə 611) 1-ci maddəsinin 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Dini
etiqad azadlığı haqqında" və
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" Azərbaycan Respublikasının
qanunlarında nəzərdə tutulan ianələr və
dövlət hakimiyyəti orqanlarının yardımları
istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan
Respublikasında fəaliyyət göstərən dini qurumlar,
qeyri-hökumət təşkilatları, o cümlədən
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri maliyyə vəsaiti
şəklində və (və ya) başqa maddi formada
yardım qəbul edə bilməz.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 fevral
2013-cü il
Azərbaycan.-2013.- 12 mart.- S.4.