«Dövlət rüsumu
haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985, №12, maddə 1100; 2012, №1, maddə 4, №6, maddələr 508, 518, №7, maddə 646; Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 434-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 28.1-ci maddədə "Bayrağı altında üzmək hüququ (patent)" sözləri "Dövlət bayrağı altında üzmək hüququ" sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 28.21-ci maddə əlavə edilsin:
"28.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi - 50 manat.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 fevral 2013-cü il
Azərbaycan.-2013.- 12 mart.- S.4.