«Reklam haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹1, maddə 12; 1999, ¹4, maddə 225; 2000, ¹8, III kitab, maddə 587; 2001, ¹3, maddələr 142, 145, ¹5, maddələr 295, 298, ¹11, maddə 683; 2004, ¹1, maddələr 6, 13, ¹2, maddələr 57, 58; 2005, ¹2, maddə 61, ¹12, maddə 1083; 2006, ¹3, maddə 224; 2007, ¹8, maddə 749, ¹12, maddə 1218; 2009, ¹12, maddə 948; 2010, ¹7, maddə 600) 17-ci maddəsinə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

"3-1. Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 12 mart.- S.4.