«Ekoloji təhlükəsizlik
haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununu "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹8, maddə 471; 2004, ¹ 2, maddə 57; 2006, ¹12, maddə 1005; 2007, ¹12, maddə 1211) 9-cu maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
"2.7-1. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, həmin ərazidə yayılmasına və istifadəsinə;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2013-cü il
Azərbaycan.-2013.- 12 mart.- S.4.