«Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikasının
2013-cü il 15 fevral tarixli 563-IVQD nömrəli Qanununun tətbiqi
və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 563-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
4.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8,
III kitab, maddə 612; 2001, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹
12, maddə 755; 2002, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275,
¹ 8, maddələr 478, 484, 486; 2003, ¹ 6, maddə 299, ¹ 8, maddə
434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582;
2004, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4,
maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr
607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddələr
67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr
801, 802, ¹ 12, maddə 1101; 2006, ¹ 2, maddə 83, ¹ 4, maddələr
321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr
662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942,
945; 2007, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7,
maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr
1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008, ¹ 1, maddə 7, ¹ 3, maddə
186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə
713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr 969,
971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹ 3, maddə
163, ¹ 4, maddə 226, ¹ 5, maddə 330, ¹ 7, maddələr 532,
535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹
12, maddələr 979, 993; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr
180, 189, ¹ 5, maddə 393, ¹ 7, maddələr 606, 607, 610, ¹ 8, maddələr
721, 725, ¹ 10, maddələr 847, 854, ¹ 11, maddə 972; 2011, ¹ 3,
maddələr 174, 175, ¹ 6, maddələr 490, 511, 513, ¹ 10, maddə
895, ¹ 12, maddələr 1117, 1129; 2012, ¹ 1, maddə 7, ¹ 2, maddə
64, ¹ 3, maddə 199, ¹ 4, maddə 284, ¹ 5, maddə 424, ¹ 6, maddə
544, ¹ 7, maddələr 682, 692, 698, ¹ 11, maddələr 1097,
1113, ¹ 12, maddə 1237) 2.42-ci bəndində "həmin Məcəllənin"
sözlərindən sonra "247-4-cü maddəsində,"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 mart 2013-cü il
Azərbaycan.-2013.- 12 mart.- S.4.