Beynəlxalq muğam
festivalı çərçivəsində növbəti möhtəşəm konsert
təqdim edilmişdir
Martın
9-dan 19-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilatçılığı
ilə "Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalı keçirilir.
Festival
çərçivəsində martın 11-də Beynəlxalq
Muğam Mərkəzində Çinin Sincan-Uyğur Muxtar
Rayonunun "Özhalmukamı" milli orkestrinin "Gözəl
qızlar" və İraqın "İraqi maqam" musiqi
kollektivlərinin ifasında milli musiqilər, eləcə də
Azərbaycan xanəndələrinin "Ustaddan şagirdə"
muğam məclisi təqdim olunmuşdur.
Konsertdən
əvvəl İraq və Çindən gəlmiş qonaqlar
öz təəssüratlarını AzərTAc-ın
müxbiri ilə bölüşmüşlər.
İraqın
"İraqi maqam" musiqi kollektivinin rəhbəri Hüseyn
Əl Ədhəmi demişdir ki, belə bir festivalın təşkili
muğamla məşğul olan, onu tədqiq və ifa edənlərin
görüşməsinə böyük imkanlar yaradır.
Rəhbərlik
etdiyi kollektivin konsertdə milli İraq musiqilərini ifa edəcəyini
söyləyən qonaq Bakıda olmasından məmnunluğunu
bildirmişdir. Artıq üçüncü dəfədir
ki, Azərbaycana səfər edirəm. Hər gəlişimdə
paytaxtınızda baş verən müsbət dəyişikliklər
insanı valeh edir.
"Gözəl
qızlar" musiqi qrupunun üzvü Goharguli Vuşer
Bakıda ilk dəfə olduqlarını söyləmişdir.
Bildirmişdir ki, bizim qrupumuzda 6 xanım ifaçı yer
almışdır. Dünyanın bir çox ölkələrində
geniş konsert proqramları ilə çıxış
etmişik. Bakıda olacağımız beş gün ərzində
silsilə konsertlər verəcəyik.
Gecədə
xalq artisti Mələkxanım Əyyubova, gənc xanəndələrdən
Aqil Məlikov, Kamilə Nəbiyeva və
başqalarının ifasında 7 əsas muğamımız əsasında
hazırlanmış kompozisiya təqdim edilmişdir.
Xanəndələri
xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin
Dadaşov (kamança), əməkdar artist Nizami Abdullayev
(balaban) və Ramin Abdullayev (nağara) müşayiət
etmişlər.
Konsertdə
təqdim olunmuş hər üç xalqa məxsus musiqi
nömrələri böyük maraqla
qarşılanmışdır.
Azərbaycan.-2013.- 12 mart.- S.10.