«YARAT!» Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda «Future Shorts» festivalı çərçivəsində qısametrajlı filmlər nümayiş etdirilmişdir

 

"YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıdakı "28 Cinema club"da "Future Shorts" festivalı çərçivəsində qısametrajlı filmlər nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, festival çərçivəsində 7 ən çox maraq doğuran qısametrajlı film göstərilmişdir.

Tamaşaçıların diqqət mərkəzində "Sundance" festivalının münsiflər heyəti tərəfindən mükafatla təltif olunan və somalilərin nöqteyi-nəzərinə əsasən Somali dəniz quldurları haqqında valehedici hekayəni nəql edən "Torsuz balıq ovu" (Keniya, 2010-cu il) filmi olmuşdur.

Bundan əlavə, festivalda nümayiş olunan əsərlər sırasında "Tervyuren kralı Marsel" (ABŞ, 2012-ci il), "Vudstok" film festivalının münsiflər heyətinin mükafatını qazanmış "Biz gedirik" (ABŞ, 2011-ci il) ekran əsərlərini, qorxu filminin əlamətləri ilə çəkilən "Cəhənnəmdən S." (ABŞ, 2010-cu il) sənədli filmini, habelə quş və insan həyatı arasında bənzərlikləri aşkar edən "Vurğunlar" (Çexiya, 2010-cu il) yumoristik məhəbbət hekayəsini, "Aşılanma" (İsveç, 2009-cu il) filmini, Andervayr kinofestivalının laureatı "Şəkər qız" (Böyük Britaniya, 2012-ci il) musiqili klipi qeyd etmək olar.

"Secret Cinema" layihəsinin yaradıcıları artıq "Future Shorts" qısametrajlı filmlər festivalının cari ilin qış mövsümünün açılışını elan etmişlər. "Future Shorts" 90 ölkənin 325 şəhərində 45 min tamaşaçının iştirakı ilə keçirilən dünyanın ən nəhəng qısametrajlı filmlər festivalıdır.

"Future Shorts" qısametrajlı filmlər festivalı 10 il ərzində tamaşaçı auditoriyasının yetişməsinin, təcrübələrin keçirilməsinin və filmlərin qavranmasının alternativ yollarının axtarışı ilə bağlı tələbatın yaranmasına reaksiyanın nəticəsidir. 2003-cü ildən etibarən festival dünya üzrə keyfiyyətcə yeni tamaşaçı auditoriyasının formalaşması və milyonlarla insanın prosesə qoşulmasını təmin edəcək rejissorlar üçün platformanın yaradılması ilə məşğuldur.

Dünyanın ən füsunkar məkanlarında, ən heyrətamiz qısametrajlı filmləri və məşhur rejissorların əsərlərini nümayiş etdirən "Future Shorts" festivalı kütləvi kino yayım şəbəkəsinin yaradılması və tələbkar tamaşaçı auditoriyasının formalaşması istiqamətində fəaliyyətini davam etdirir.

Festivalın payız mövsümünün ən yaddaqalan nümayişləri sırasında Honqkonqda "Clockenflap" festivalını, Monqolustanın "Fers Function House", Londonun "Edge of Arabia" məkanında nümayişləri, Britaniya kitabxanasında, Tayvanın texnologiya mərkəzində keçirilən seansları, Londonun iqtisadiyyat məktəbi ilə əməkdaşlığı və s. tədbirləri qeyd etmək kifayətdir.

Payız mövsümündə dünyanın 42 ölkəsinin 135-dən çox şəhərində qısametrajlı film nümayiş etdirilmişdir. Bu mövsümdə ilk dəfə olaraq festivalın tərəf müqabillərinin sırasına "PEN İnternational" və Böyük Britaniyanın "Malaria No More" təşkilatları da qoşulmuşlar.

Ötən mövsümdə 25 mindən artıq tamaşaçı nümayişlərə gəlməklə ən çox bəyəndikləri əsərə - "Future Shorts" qısametrajlı filmlər festivalının "Tamaşaçılar rəğbəti" mükafatını və xüsusi mükafatını qazanmış, rejissor Reto Kaffinin 2007-ci ildə çəkdiyi "Zərbə altında" (Auf der Strecke) filminə səs vermişlər.

"Future Shorts" dünyanın ən nəhəng və müxtəlif mövzulara meydan oxuyan, qəfildən yaranan qısametrajlı filmlər festivalı olaraq qalmaqdadır. Dünyanın istənilən məkanında hər kəs nümayişləri təşkil etməklə bu kinosevərlər, film tədqiqatçıları və macəra axtaranlar qlobal şəbəkəsinin bir hissəsi olmaq şərəfinə nail ola bilərlər.

"Future Shorts", "Secret Cinema", "Secret Screening", "The Other Cinema", "Secret Restaurant", "Secret Swimming" "Secret Youth" layihələrinin yaradıcıları filmin nümayişini musiqi, teatr canlı performans sənəti ilə birləşdirən irimiqyaslı kino layihəsini icad etmişlər. İlk dəfə olaraq 2005-ci ildə reallaşdırılan "Future Cinema" layihəsi çoxsensorlu gəzintilərin təşkil olunması vasitəsilə böyük tamaşaçı kütləsini toplamağa müvəffəq olan beləliklə, həqiqətən cəlbedici hadisəyə çevrilən bir tədbirdir. Bundan əlavə, "Future Shorts" agentlik kimi fəaliyyət göstərir yaradıcı layihələrə istedadlı şəxsləri cəlb etməklə, habelə brend məhsullar, yeni seriya buraxılışlar müxtəlif tərəfdaşlar üçün innovativ təcrübi kampaniyaların keçirilməsi ilə məşğuldur.

 

 

Azərbaycan.-2013.- 12 mart.- S.11.