Səfər başa çatdı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri martın 12-də başa çatmışdır.

Zaqreb Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Xorvatiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Azərbaycan Respublikasının Prezidenti Monteneqroya rəsmi səfərə yola düşdü.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 12 mart.- S.2.