Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

 Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfərə gəlmişdir.

Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vuyanoviç qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vuyanoviçə təqdim olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 13 mart.- S.2.