Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti
Filip Vuyanoviçin təkbətək görüşü
Azərbaycan
Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri
Martın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki
Prezident iqamətgahında təkbətək
görüşü olmuşdur.
Prezidentlər
rəsmi foto çəkdirdilər.
Görüşdə
ölkələrimiz arasında siyasi, iqtisadi və digər
sahələrdə əlaqələrin uğurlu
inkişafından məmnunluq ifadə edildi.
Dövlət
başçıları səviyyəsində
qarşılıqlı səfərlərin əlaqələrimizin
genişləndirilməsi baxımından önəmli
olduğunun vurğulandığı görüşdə Azərbaycan
Prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrimizin
möhkəmlənməsi işinə xidmət edəcəyinə
əminlik bildirildi.
Azərbaycan
ilə Monteneqro arasında ikitərəfli münasibətlərin
bundan sonra da inkişaf edəcəyinin
vurğulandığı görüşdə beynəlxalq və
regional məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 13 mart.- S.2.