Geniş tərkibdə görüş
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqronun Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd edildi. Azərbaycanın Monteneqroda müxtəlif istiqamətlər üzrə birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri baxımından bu səfərin önəmi vurğulandı. Ölkəmizin Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.
Energetika,
turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığımızın
yaxşı potensialı olduğunun vurğulandığı
görüşdə əlaqələrimizin bundan sonra da
genişləndiriləcəyinə əminlik bildirildi.
AzərTAc
Azərbaycan.-2013.- 13 mart.- S.3.