Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro
parlamentinin sədri
Ranko Krivokapiç ilə görüşmüşdür
Azərbaycan
Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri
Martın
12-də Monteneqroya rəsmi səfəri çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev "Villa Qoritsa"
dövlət iqamətgahında parlamentin sədri Ranko
Krivokapiç ilə görüşmüşdür.
Görüşdə
ölkələrimiz arasında əlaqələrin müxtəlif
sahələrdə inkişafından məmnunluq ifadə
olundu. Bu səfərin Azərbaycan ilə Monteneqro arasında
gələcək əməkdaşlığın inkişafı
baxımından əhəmiyyəti vurğulandı. Parlamentlərarası
əlaqələrin, həmçinin dostluq qruplarının
ikitərəfli münasibətlərin inkişafındakı
rolu qeyd edildi.
Həmçinin
görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində fəal əməkdaşlığı
üçün yaxşı imkanların olduğu bildirildi.
AzərTAc
Azərbaycan.-2013.- 13 mart.- S.3.