Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqronun
Baş
naziri Milo Dukanoviç ilə görüşü olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri
Azərbaycan
Prezidenti İlham Əliyev martın 12-də Monteneqroya rəsmi
səfəri çərçivəsində bu ölkənin
Baş naziri Milo Dukanoviç ilə
görüşmüşdür.
Görüşdə
Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın
inkişafı üçün yaxşı imkanların
olduğu bildirildi.
Azərbaycan
Prezidenti İlham Əliyevin bu səfərinin iqtisadi əlaqələrimizin
perspektivlərinin müəyyənləşdirilməsi
baxımından əhəmiyyəti qeyd edildi. Azərbaycanın
Monteneqroya investisiya yatırmasının önəmi diqqətə
çatdırıldı.
Monteneqro
ilə Azərbaycan arasında turizm, infrastruktur, nəqliyyat,
bank sistemi və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
potensialın olduğunun bildirildiyi görüşdə
iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2013.- 13 mart.- S.3.