Antiazərbaycançı dairələrin
hər bir məkrli planı puç olacaq
Qısa dövrdə böyük
uğurlara imza atan Azərbaycan siyasi, sosial-iqtisadi və digər sahələrdə
nail olduğu
sıçrayışlı yüksəlişlə Cənubi
Qafqazın aparıcı dövlətinə çevrilib.
Regionda və dünyada
cərəyan edən proseslərlə bağlı Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasət Azərbaycanın
regionun lider dövləti
kimi rolunu
artırıb.
Ötən
hər il Azərbaycanın
gücünü və imkanlarını dünyaya
nümayiş etdirir, ölkəmizin beynəlxalq imicini
artıran mühüm hadisələr kimi tariximizə
qızıl hərflərlə yazılır.
İndi
hər bir Azərbaycan vətəndaşı fəxr edir ki,
sürətlə inkişaf edən, hər baxımdan - istər sosial, iqtisadi, istərsə
də hərbi və s. olsun - regionun lider dövlətinə
çevrilən, ədalətli sosial cəmiyyətin
qurulduğu bir ölkədə yaşayır. Amma o da məlumdur
ki, bəzi dairələr Azərbaycanın bu nailiyyətlərini
qəbul edə bilmir, müxtəlif planlar quraraq ölkəmizdəki
ictimai-siyasi sabitliyin pozulmasına cəhd göstərirlər.
İndiyədək belə cəhdlərin sayı çox
olub və hamısı da xalq-hakimiyyət birliyinin
qarşısında iflasa uğrayıb.
Məkrli
niyyətlərinin gerçəkləşmədiyini görən
antiazərbaycançı dairələr hər cür vasitələrə əl
atırlar. İndi də əsgər ölümünə
etiraz etmək adı ilə insanları qanunsuz aksiyalara
çağırır, ölkədə xaos yaratmağa cəhd
göstərirlər. Öncə qeyd edək ki, ən ideal sahədə
belə hansısa xoşagəlməz hadisə baş verə
bilər. O cümlədən, minlərlə insanın qulluq və
xidmət etdiyi ordu sıraları da böyük strukturdur və
qəti hökm etmək olmaz ki, burada problem baş verə bilməz.
Əsas odur ki, belə hadisələr
araşdırılsın və hüquqi qiymətini alsın.
Azərbaycan hüquq dövlətidir və orduda baş verən
heç bir hadisə diqqətdən kənarda qalmır,
günahkar varsa, mütləq məsuliyyətə cəlb
edilir.
Lakin antiazərbaycançı dairələrin sifarişlərini yerinə yetirən dağıdıcı müxalifət belə hadisələri siyasiləşdirməyə, bundan öz maraqları naminə istifadə etməyə çalışır. Onların martın 10-da Bakının mərkəzində keçirməyə cəhd etdikləri aksiya da bunu təsdiqlədi. Həmin aksiya ilə orduya və dövlətə qarşı məkrli kampaniya həyata keçirmək cəhdi xaricdən maliyyələşən, erməni lobbisinin və antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən dağıdıcı müxalifət partiyalarının təxribatçılıq fəaliyyətindən və özlərinin çirkin siyasi məqsədlərini reallaşdırmaq niyyətindən başqa bir şey deyildi.
Azərbaycan Silahlı Qüvvələrinə ləkə vurmağa çalışanlar bilməlidirlər ki, ordu hamı üçündür və hərbi xidmət ümummilli vəzifədir. Orduda bir hadisəni siyasiləşdirənlər, görəsən, niyə bu ordudan həm də Mübariz İbrahimov kimi qəhrəmanların çıxdığını unudurlar? Müharibə başlayacağı təqdirdə belə qəhrəmanların sayı minlərlə olacaq. Bu gun Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməyə cəhd edənlər bir nüansı xüsusilə unutmamalıdırlar ki, başında qətiyyətli və uzaqgörən bir dövlət rəhbəri, Ali Baş Komandan İlham Əliyevin dayandığı Azərbaycanın Silahlı Qüvvələrini riyakar siyasi məqsədlər üçün ləkələmək mümkün deyil.
Diqqəti çəkən digər məqamlardan biri də antiazərbaycançı dairələrin öz çirkin niyyətlərini reallaşdırmaq üçün gənclərdən istifadə etmək cəhdidir. Lakin hələ də bu dairəyə çatmır ki, Azərbaycan gəncini antimilli fəaliyyətə cəlb etmək mümkün deyil. Çünki bu gün Azərbaycanda gənc nəsil dövlət qayğısı ilə əhatə olunub. Gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət göstərilir, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili məqsədi ilə respublikanın bütün bölgələrində genişmiqyaslı məqsədyönlü iş aparılır, gənclər mərkəzləri yaradılır. Bütün bunlar isə bir daha təsdiq edir ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Qanunsuz aksiyalarda iştirak edənlər isə dağıdıcı müxalifət partiyalarının rəhbərlərinin yaxın ətrafında olanlardır.
Antimilli şəbəkənin
sifarişlərini yerinə yetirən destruktiv
qüvvələr öz çirkin
niyyətlərinə çatmaq üçün hətta ən iyrənc metodlardan istifadə etməkdən də
çəkinmirlər. Belə ki, bir neçə gün əvvəl
onların insanlar arasında vahimə yaratmaq effekti verən
"Molotov kokteyli"
hazırlamaları hüquq-mühafizə orqanları tərəfindən
ifşa olundu. Bu barədə
Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə məlumatına görə,
həyata keçirilən axtarış tədbirləri nəticəsində
Bəxtiyar Quliyev, Şahin
Novruzlu və Məmməd Əzizovun
yaşadıqları mənzillərdən tezalışan
"Molotov kokteyli"
adlanan maye, narkotik vasitələr aşkar
edilərək götürülüb. İlkin istintaqla müəyyən
edilmişdir ki, onlar "Molotov
kokteyli"ndən martın 10-da icazəsiz aksiyada
iştifadə etməyi planlaşdırıblarmış.
Bu
gün əsgər ölümü ilə bağlı
boğazdan yuxarı danışan bəziləri bir müddət
öncə zabitimiz Ramil Səfərov vətənə geri
qaytarılanda onu tənqid edənlərin ən başında
dayanırdı. İndi əsgər itkisinə "kədərlənən"
belələri Ramil Səfərovun qayıtmasından
sarsılmışlar. Ona görə də bu cür
insanların əsgər ölümünə etiraz etmələri
qətiyyən səmimi görünmür. Onları nə Azərbaycan
əsgəri, nə də sadə vətəndaş
maraqlandırır. Onların məqsədi yalnız antiazərbaycançı
şəbəkənin sifarişlərini yerinə yetirməkdir.
Bu şəbəkənin Azərbaycanla bağlı
planları isə həmişə iflasa məhkumdur.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 13 mart.- S.6.