Bakıda Üçüncü
Beynəlxalq «Muğam aləmi» elmi simpoziumu işini davam etdirir
Xəbər
verdiyimiz kimi, Bakıda "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində
Üçüncü Beynəlxalq "Muğam aləmi"
elmi simpoziumu keçirilir.
AzərTAc
xəbər verir ki, martın 13-də simpozium işini Azərbaycan
Bəstəkarlar İttifaqında (ABİ) "Azərbaycan
muğamlarında və Şərqin oxşar ənənəvi
janrlarında musiqi alətlərinin rolu" mövzusunda
iclasla davam etdirmişdir.
"Muğam
aləmi" Üçüncü Beynəlxalq Muğam
Festivalının bədii rəhbəri, ABİ-nin sədri,
xalq artisti Firəngiz Əlizadənin və almaniyalı alim
Elsner Yurgenin sədrlik etdikləri iclasda ümumilikdə 6 məruzə
dinlənilmişdir.
"Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində
reallaşan tədbirlərdən söz açan Firəngiz Əlizadə
simpoziuma qatılmış alimlərin məruzələrini nəzəriyyə
ilə praktikanın vəhdəti kimi dəyərləndirmişdir.
İclasda
azərbaycanlı alimlər Səadət Abdullayevanın
"Azərbaycan instrumental muğam
ifaçılığı-ənənələrin varisliyi
kontekstində", Seyran Qafarovun "Azərbaycanın nəfəsli
musiqi aləti ney: tarixi retrospektivi və xüsusiyyətləri",
Abbasqulu Nəcəfzadənin "Muğam
İfaçılığında nəfəs
çalğı alətlərinin müxtəlifliyi",
UNESCO-nun nümayəndəsi Jan Dürinqin "Mərkəzi
Asiyanın maqam musiqisində vokal-instrumental münasibət. Əsas
məsələlərin şərhi", türkiyəli tədqiqatçı
Murat Səlim Tokaçın "Türk maqam musiqisində ney
və tənbur alətlərinin rolu və az istifadə olunan
məqamlar" və özbəkistanlı alim Rövşən
Yunusovun "Buxara Şaşmakomunun instrumental hissələrinin
ansambl ifası haqqında" məruzələri təqdim
edilmişdir.
Məruzələrdə
Azərbaycan muğamlarının özünəməxsus
üslubu, dünya xalqlarını valeh edən bu musiqi
növünün fəlsəfəsi, digər millətlərə
məxsus muğamların xüsusiyyətləri geniş
şəkildə şərh olunmuşdur.
Günün
ikinci yarısında davam etdirilən iclasda isə Azərbaycan,
Hindistan, Kanada, Qazaxıstan və Tacikistan alimləri əsasən
milli alətlərin xüsusiyyətlərindən bəhs edən
məruzələrlə çıxış etmişlər.
İclasda
"Uyğur muğamı və instrumental ənənə",
"Hind raqalarının sitarda ifası: meyillər və
xüsusiyyətlər", "Azərbaycan tarının
milli özəlliyinin yaranmasında saz alətinin tarixi rolu
haqqında", "Şaşmakom və tənbur: musiqinin və
alətin həmahəngliyi problemi haqqında" və
"Azərbaycan muğam dəstgahı Şərq musiqi alətlərinin
müqayisəli öyrənilməsi üçün
konseptual əsas kimi" mövzularında təqdim olunan məruzələrdə
alimlərin araşdırdıqları məsələlər
əyani vasitələrlə diqqətə
çatdırılmışdır.
Simpozium
işini martın 15-də yekunlaşdıracaqdır.
AzərTAc
Azərbaycan.-2013.- 14 mart.- S.7.