A.R.Rzayevin «Şərəf» ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
mədəniyyətinin təbliğində xüsusi xidmətlərinə
görə Anar Rəsul oğlu Rzayev "Şərəf"
ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2013-cü il
Azərbaycan.-2013.- 15 mart.- S.1.