Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea martın 13-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Valeriu Zqoneanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Səfər çərçivəsində Azərbaycan və Rumıniya qanunverici orqanları, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 mart.- S.4.