Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin və Avstriya Qırmızı Xaç Cəmiyyətinin
birgə layihəsinin təqdimatı olmuşdur
Martın
14-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC)
"Təhlükəsiz və sabit icmaların
qurulması" layihəsi Bakı ictimaiyyətinə və tərəfdaşlara
rəsmi şəkildə təqdim olunmuşdur.
AQAC-ın
prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov
çıxışında bu layihənin həyata
keçirilməsinin böyük əhəmiyyət
daşıdığını vurğulamış, onun zəif kənd və şəhər
icmalarının təbii və texnogen fəlakətlərə
davamlılığının artırılmasına necə
təsir göstərəcəyindən
danışmışdır. N.Aslanov
vurğulamışdır ki, AQAC
fövqəladə hallara qarşı mübarizə sahəsində
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə
uğurlu əməkdaşlıq edir. Bu məqsədlə
2006-cı ildə memorandum imzalanmışdır.
Sonra
layihə haqqında slayd-şou göstərilmişdir.
Beynəlxalq
Qırmızı Xaç Cəmiyyətinin və Beynəlxalq
Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri
Federasiyasının rəsmi missiyalarının rəhbərləri
Danis Duran və Sabinamur Məhbubi həmin layihənin əhəmiyyətindən
və fövqəladə hallara qarşı mübarizə sahəsində AQAC-ın uğurlarından söz
açmışlar.
Qeyd
edək ki, layihə Beynəlxalq Qırmızı Xaç və
Qırmızı Aypara Hərəkatı çərçivəsində
tərəfdaş qurum olan Avstriya Qırmızı Xaç Cəmiyyətinin
(AQXC) texniki dəstəyi ilə həyata keçiriləcəkdir.
Layihəyə Avstriya İnkişaf Agentliyi maliyyə dəstəyi
göstərir.
AzərTAc
xəbər verir ki, dördillik layihənin icrası üzrə
rəsmi saziş AQAC və AQXC arasında 2012-ci ilin
dekabrında imzalanmışdır.
Layihə
Azərbaycanın İsmayıllı və Zaqatala rayonlarında
zəif kənd və şəhər icmalarının təbii
və texnogen fəlakətlərə
davamlılığını artırmaq məqsədi
daşıyır.
"Təhlükəsiz
və sabit icmaların qurulması" layihəsi çərçivəsində 6 kənddə və 2 şəhərdə
qəzaların aradan qaldırılması, təbii fəlakətlərə
reaksiya göstərilməsi, habelə qəzaların və təbii
fəlakətlərin nəticələrinin ləğv edilməsi
üzrə tədbirlər kimi mövzularda treninqlər
keçiriləcəkdir. Bundan əlavə, təxliyə məsələləri
ilə bağlı planlar müvafiq dövlət,
qeyri-hökumət, beynəlxalq qurumlara təqdim ediləcəkdir.
Layihənin
həyata keçirilməsi təbii fəlakətlər
zamanı görülən tədbirlərin
əlaqələndirilməsi üçün potensial
yaratmağa imkan verəcəkdir.
Azərbaycan.-2013.- 15 mart.- S.4.